Fəhlə

Bakı

Tam Ştat

Orta Səviyyə

500 - 600 AZN

Yerləşdirilib 14 may 2026

Son Tarix: 7 iyun 2026

Təsvir

  • Tikinti materiallarının daşınması, yüklənməsi və boşaldılması;

  • Qum, sement, daş, armatur və digər materialların hazırlanması və paylanması;

  • Tikinti sahəsinin təmiz saxlanılması;

  • Sadə söküntü və quraşdırma işlərinin yerinə yetirilməsi;

  • Usta və digər ixtisaslı işçilərə kömək göstərilməsi;

  • Tikinti alət və avadanlıqlarının düzgün istifadəsi və qorunması;

  • Təhlükəsizlik qaydalarına əməl olunması;

  • İş zamanı verilmiş tapşırıqların vaxtında və keyfiyyətlə icrası.

Tələblər

  • Əməyin qorunması, yanğın təhlükəsizliyi norma, qaydalarına və daxili nizam qaydalarına əməl etmək;

  • Fiziki dözümlülük;

  • Tikinti materialları haqqında ilkin bilik;

  • Komandada işləmək bacarığı;

  • Təlimat və göstərişlərə düzgün əməl etmək;

İş şəraiti:

  • İş qrafiki: 6 gün (6-cı gün qısaldılmış iş günü);

  • İstirahət: Bazar günü;

  • İş yeri: Balaxanı qəs. Nəriman Əzimov küç.194

Biz nə təklif edirik:

  • Qidalanma şirkət tərəfindən təmin edilir;

  • Nəqliyyat şirkət tərəfindən təmin edilir;

  • Karyera yüksəlişi;

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16311

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

İnsan Resursları Departament Direktoru

Tam Ştat

Şirkətin biznes hədəflərinə uyğun HR strategiyası və büdcəsinin hazırlanması və icrasına nəzarət; HR kargüzarlığının və sənədləşmənin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun təşkilinə nəzarət etmək; İşçi heyətinin planlaşdırılması, işə qəbul, qiymətləndirmə, motivasiya və təlim sistemlərinin qurulmasına rəhbərlik etmək; Vakansiyalar üzrə namizədlərin seçilməsi, müsahibələrin təşkili və müasir qiymətləndirmə metodlarının tətbiqini həyata keçirmək; İşçilərin motivasiya və demotivasiya faktorlarını təhlil edərək effektiv motivasiya proqramları hazırlamaq; Qrup şirkətlərinin təşkilati strukturunu təhlil etmək, boşluqları müəyyənləşdirmək və çevik struktur modeli formalaşdırmaq; Vəzifə adları, dərəcələr və funksional öhdəliklərin qruparası uyğunlaşdırılmasını (grading və alignment) həyata keçirmək; Bütün qrup üzrə vahid HR siyasətinin – işə qəbul, adaptasiya və işdən ayrılma prosedurlarının tətbiqini təmin etmək; Performans və KPI sisteminin qurulması və ölçülə bilən nəticələrin təmin edilməsi; Daxili rotasiya və karyera inkişaf mexanizmlərini tətbiq etməklə kadr ehtiyatının effektiv idarə olunması; Təlim ehtiyaclarının müəyyən edilməsi və əməkdaşların inkişaf planlarının hazırlanması. HR fəaliyyəti üzrə mütəmadi hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.