Marketinq üzrə təcrübəçi
Tam Ştat
Başlanğıc Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 21 iyun 2026
Təsvir
Premium süd məhsulları sektorunda fəaliyyət göstərən QayMaq komandası gələcəyin güclü marketinq liderlərini yetişdirmək üçün Marketinq üzrə təcrübə proqramı elan edir.
Əgər FMCG sektorunda real təcrübə qazanmaq, güclü bir brendin inkişaf prosesində birbaşa iştirak etmək və karyerana peşəkar mühitdə başlamaq istəyirsənsə, bu proqram sənin üçündür.
Proqram müddətində sən:
Marka rəhbəri ilə birbaşa çalışacaqsan
Real marketinq layihələrində iştirak edəcəksən
Yeni məhsul buraxılışı proseslərini öyrənəcəksən
Qablaşdırma, dizayn və kommunikasiya layihələrində iştirak edəcəksən
Satış və marketinq komandaları ilə koordinasiyalı işləyəcəksən
Bazar və rəqib analizləri hazırlayacaqsan
Kampaniya və promo layihələrinin hazırlanmasına dəstək verəcəksən
FMCG sektorunda premium brend idarəçiliyini real iş üzərində öyrənəcəksən
Proqram kimlər üçündür?
Marketinq / Biznesin İdarə Edilməsi / İqtisadiyyat üzrə təhsil alan və ya yeni məzun
FMCG və brend idarəçiliyinə marağı olan
Analitik düşüncə qabiliyyəti olan
Kreativ yanaşmaya sahib
PowerPoint və Excel proqramlarında işləmə bacarığı olan
Məsuliyyətli, enerjili və öyrənməyə açıq
Azərbaycan dilində sərbəst danışan; rus və ya ingilis dili biliyi üstünlükdür
Sən nə qazanacaqsan?
FMCG sektorunda real iş təcrübəsi
Premium brend strategiyasının qurulmasında iştirak imkanı
Praktiki marketinq və brand management bacarıqları
Peşəkar mentorluq və inkişaf imkanı
Dinamik və kreativ komandada çalışma təcrübəsi
Uğurlu nəticə göstərən namizədlər üçün daimi iş imkanı
Təcrübə proqramı haqqında
Təcrübə müddəti: 3 ay
Ünvan: Binəqədi yolu 100
Nahar şirkət tərəfindən təmin edilir
Yol xərcləri qarşılanır
Bu proqrami ugurla tamamlayan, performansi ve potensiali ile secilen namized QayMaq komandasında daimi is imkani ile temin olunacaq.
CV-lərinizi “Marketinq üzrə təcrübəçi” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə 055-253-13-64
Necə Müraciət Etmək Olar
Qaymaq
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18304
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Başlanğıc Səviyyə