Ana Səhifə
Vakansiyalar

Kommersiya direktoru

Kommersiya direktoru

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 8 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri

  • Şirkətin ümumi kommersiya strategiyasının hazırlanması və icrasına rəhbərlik

  • Satış həcmlərinin artırılması və bazar payının genişləndirilməsi

  • Satış komandasının effektiv idarə olunması

  • Satış komandası üzvlərinin fəaliyyətlərini koordinasiya etmək və nəticələrini təhlil etmək;

  • Yeni bazar imkanlarının araşdırılması və genişlənmə strategiyalarının təklif edilməsi

  • Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi;

  • İstehsal planlaması ilə satış planlarının uyğunlaşdırılması

  • Məhsul dövriyyəsi, stok və qaytarılmaların effektiv idarə olunması

  • Satış performansının mütəmadi analizi və hesabatlılığın təmin edilməsi

  • KPI-lərdən istifadə edərək kommersiya göstəricilərinin izlənilməsi, ölçülüb təhlil edilməsi

  • Qiymət siyasəti, kampaniyalar və satış planlarının hazırlanmasında iştirak edilməsi

  • Logistika, istehsalat və maliyyə şöbələri ilə koordinasiyanın təmin edilməsi

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması və ya əlaqəli sahə)

  • Kommersiya və satış sahəsində minimum 5-7 il iş təcrübəsi

  • Rəhbər vəzifədə minimum 3 il təcrübə

  • İstehsal sektorunda (xüsusilə qida/süd məhsulları) təcrübə mütləqdir

  • Güclü komanda idarəetmə və liderlik bacarıqları

  • Analitik düşüncə və strateji qərarvermə qabiliyyəti

  • MS Excel və hesabatlılıq üzrə yüksək bacarıq

  • Azərbaycan dili – sərbəst, rus dili serbest

Digər Məlumatlar:

  • İş qrafiki: 6 günlük

  • Ünvan: Binəqədi yolu 100

  • Nahar şirkət tərəfindən təmin edilir

  • Əmək haqqı müsahibə əsasında

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Kommersiya direktoru” yazaraq göndərmələri xahiş olunur.

Əlaqə - 0552931339

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18303

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Bu Şirkətdən Daha Çox Vakansiya

Marketinq üzrə təcrübəçi

Tam Ştat

Premium süd məhsulları sektorunda fəaliyyət göstərən QayMaq komandası gələcəyin güclü marketinq liderlərini yetişdirmək üçün Marketinq üzrə təcrübə proqramı elan edir. Əgər FMCG sektorunda real təcrübə qazanmaq, güclü bir brendin inkişaf prosesində birbaşa iştirak etmək və karyerana peşəkar mühitdə başlamaq istəyirsənsə, bu proqram sənin üçündür. Proqram müddətində sən: Marka rəhbəri ilə birbaşa çalışacaqsan Real marketinq layihələrində iştirak edəcəksən Yeni məhsul buraxılışı proseslərini öyrənəcəksən Qablaşdırma, dizayn və kommunikasiya layihələrində iştirak edəcəksən Satış və marketinq komandaları ilə koordinasiyalı işləyəcəksən Bazar və rəqib analizləri hazırlayacaqsan Kampaniya və promo layihələrinin hazırlanmasına dəstək verəcəksən FMCG sektorunda premium brend idarəçiliyini real iş üzərində öyrənəcəksən Proqram kimlər üçündür? Marketinq / Biznesin İdarə Edilməsi / İqtisadiyyat üzrə təhsil alan və ya yeni məzun FMCG və brend idarəçiliyinə marağı olan Analitik düşüncə qabiliyyəti olan Kreativ yanaşmaya sahib PowerPoint və Excel proqramlarında işləmə bacarığı olan Məsuliyyətli, enerjili və öyrənməyə açıq Azərbaycan dilində sərbəst danışan; rus və ya ingilis dili biliyi üstünlükdür Sən nə qazanacaqsan? FMCG sektorunda real iş təcrübəsi Premium brend strategiyasının qurulmasında iştirak imkanı Praktiki marketinq və brand management bacarıqları Peşəkar mentorluq və inkişaf imkanı Dinamik və kreativ komandada çalışma təcrübəsi Uğurlu nəticə göstərən namizədlər üçün daimi iş imkanı Təcrübə proqramı haqqında Təcrübə müddəti: 3 ay Ünvan: Binəqədi yolu 100 Nahar şirkət tərəfindən təmin edilir Yol xərcləri qarşılanır Bu proqrami ugurla tamamlayan, performansi ve potensiali ile secilen namized QayMaq komandasında daimi is imkani ile temin olunacaq. CV-lərinizi “Marketinq üzrə təcrübəçi” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Əlaqə 055-253-13-64