Vəzifə öhdəlikləri
Şirkətin ümumi kommersiya strategiyasının hazırlanması və icrasına rəhbərlik
Satış həcmlərinin artırılması və bazar payının genişləndirilməsi
Satış komandasının effektiv idarə olunması
Satış komandası üzvlərinin fəaliyyətlərini koordinasiya etmək və nəticələrini təhlil etmək;
Yeni bazar imkanlarının araşdırılması və genişlənmə strategiyalarının təklif edilməsi
Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi;
İstehsal planlaması ilə satış planlarının uyğunlaşdırılması
Məhsul dövriyyəsi, stok və qaytarılmaların effektiv idarə olunması
Satış performansının mütəmadi analizi və hesabatlılığın təmin edilməsi
KPI-lərdən istifadə edərək kommersiya göstəricilərinin izlənilməsi, ölçülüb təhlil edilməsi
Qiymət siyasəti, kampaniyalar və satış planlarının hazırlanmasında iştirak edilməsi
Logistika, istehsalat və maliyyə şöbələri ilə koordinasiyanın təmin edilməsi