Marketinq üzrə menecer (OTTO)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 6 may 2026
Təsvir
Şirkətin sosial media kontentlərinin, reklam videolarının və təqdimat materiallarının hazırlanması;
Brendin dəyərlərinin və korporativ üslubunun auditoriyaya düzgün şəkildə çatdırılması;
Kamera qarşısında sərbəst, səlis və peşəkar çıxışların edilməsi;
Brendin vizual, audial və kommunikasiya standartlarına nəzarət edilməsi;
Sosial media strategiyasının hazırlanması və aylıq kontent planının qurulması;
Sosial media kanallarının idarə olunması və inkişaf etdirilməsi;
Trendlərin izlənilməsi və aktual kontentlərin brendə uyğunlaşdırılması;
Kreativ video, foto və qrafik layihələrin ideyadan icraya qədər idarə edilməsi;
Kreativ konseptlərin hazırlanması və komanda ilə birlikdə həyata keçirilməsi;
Çəkilişlər üçün skriptlərin yazılması, storyboard hazırlanması və prosesə rəhbərlik edilməsi;
Reklam, sosial media və PR materialları üçün mətnlərin hazırlanması;
Video materiallar üçün ssenari və aparıcı nitqlərinin yazılması;
Brend üslubuna uyğun, yığcam, təsirli və satış yönümlü məzmunun hazırlanması;
Çəkiliş qrafiklərinə və kreativ materialların hazırlanma prosesinə nəzarət edilməsi;
Layihələrin müəyyən olunmuş müddət və büdcə çərçivəsində tamamlanmasının təmin edilməsi;
Meta Ads, TikTok Ads və digər platformalarda reklam kampaniyalarının yerləşdirilməsi və idarə olunması;
Reklam kampaniyalarının optimallaşdırılması və aylıq hesabatların hazırlanması;
Brendin PR və ictimaiyyətlə əlaqələr strategiyasının formalaşdırılması;
Media ilə əlaqələrin qurulması və press-relizlərin hazırlanması;
Brend reputasiyasına uyğun kommunikasiya tonunun qorunması.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00;
Tələblər
Ali təhsil;
Optika sahəsi üzrə (əsas çeşidlər, məhsul markaları, istehsalçılar və təchizatçılar) biliklər;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Azərbaycan və rus dillərində səlis, ingilis dilində yaxşı səviyyədə bilik;
Microsoft Office proqramları (Word, Excel, Outlook) ilə işləmə bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Nəticəyönümlü və məsuliyyətli yanaşma.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12900
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+