Satış Məsləhətçisi- Kassir/ Olivia Lənkəran filialı
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 5 may 2026
Təsvir
Yeni açılmış və tez inkişaf edən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsinə Beauty konsultant axtarırıq. Gülərüz, daim baxımlı və pozitiv enerji ilə aşıb-daşan, özgüvəni yüksək olan birisənsə, onda bizə lazım olan şəxs məhz sənsən!
Gözəllik sahəsində özünü görürsənsə;
İnsanlarla ünsiyyət qurmağı bacarırsansa;
Faydalı məsləhətlər vermək və gözəllik sirrlərini aşılamağı arzulayırsansa;
Cavan, sürətlə böyüyən və çevik komandaya qoşulmaq istəyirsənsə, onda sən bizim axtardığımız beauty konsultantsan!
Biz sənə maraqlı iş və başqa nələr təklif edirik:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə və ödənişli məzuniyyət;
1000 AZN-ə qədər qazanma imkanı;
İş saatı Növbəli;
Evinə yaxın işləmə imkanı;
Şirkət daxili ödənişsiz təlimlər;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı (sən mentor, müavin, müdir ola bilərsən)!
Tələblər
Biz səndən nə gözləyirik:
Satış etmə bacarığı;
Azərbaycan dilində səlis ünsiyyət qurma bacarığı;
Rus dili biliyi üstünlükdür!
“Olivia” Beauty & Care haqqında:
“Olivia” Beauty & Care geniş assortimentli, Türkiyə, İtaliya, Polşa, Belarus və s. ölkələrdən olan tanınmış, həm də eksklüziv baxım və dekorativ kosmetika, parfümeriya, həmçinin məişətdə istifadə olunan, orta seqmentə uyğun məhsulları təqdim edən mağazalar şəbəkəsidir. Burada nəyinki qadın, həm də kişi və uşaqlar üçün müxtəlif çeşidli məhsullar yer alıb.
Sən də bizim komanda üzvü olmaq istəyirsənsə vakansiyaya müraciət edə bilərsən!
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12903
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+