Satış nümayəndəsi (Promouter - OTTO Bakı)
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 6 may 2026
Təsvir
Müştərilərə məhsul və xidmətlər haqqında ətraflı məlumatın təqdim edilməsi;
Məhsulların üstünlüklərinin izah olunaraq müştərilərdə marağın yaradılması;
Kampaniya, aksiya və endirimlər barədə müştərilərin məlumatlandırılması;
Müştərilərin alışa yönləndirilməsi və satış prosesinə dəstək göstərilməsi;
Müştəri suallarının cavablandırılması və ilkin konsultasiyanın verilməsi;
Günlük fəaliyyət və nəticələr üzrə hesabatların təqdim edilməsi;
Tələblər
Orta təhsil (ali təhsil arzuolunandır);
Azərbaycan dilində səlis danışıq bacarığı, rus dili biliyi üstünlükdür;
Satış məsləhətçisi və ya promouter kimi iş təcrübəsi;
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq;
Satış bacarıqlarının olması.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12904
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+