Optikometrist
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 6 may 2026
Təsvir
Gözün optik müayinəsinin aparılması və uyğun eynək və optik linzaların təyin edilməsi;
Pasiyentlərin müayinə məqsədilə ilkin və əlavə testlərdən keçirilməsi;
Linzalar və optik şüşələr barədə pasiyentlərə ətraflı məlumatın verilməsi;
Müayinə nəticələrinə əsasən reseptlərin düzgün şəkildə yazılması;
Eynəyin təhvili zamanı son yoxlanışın aparılması və uyğunluğun təmin edilməsi;
İstifadə olunan avadanlıqların steril və təmiz vəziyyətdə saxlanılmasının təmin edilməsi.
Tələblər
Ali tibb təhsili (müvafiq sahə üzrə təhsil arzuolunandır);
Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
Məsuliyyətli, dəqiq, dürüst və etibarlı olmaq;
Azərbaycan dilini səlis bilmək, rus dili biliyi üstünlükdür.
İş şəraiti:
İş qrafiki: həftə içi 09:00–18:00, şənbə günü 10:00–14:00;
Əmək haqqı: 1000 AZN.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12902
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+