Marketinq üzrə kiçik mütəxəssis
Bakı
Tam Ştat
Orta Səviyyə
600 - 800 AZN
Yerləşdirilib 14 may 2026
Son Tarix: 21 iyun 2026
Təsvir
Vəzifə: Marketinq üzrə kiçik mütəxəssis (My Group Holding / My Grocery MMC)
Vəzifələr və məsuliyyətlər:
Brendin dəyərlərinin və korporativ üslubunun auditoriyaya düzgün şəkildə çatdırılması;
Brendin vizual, audial və kommunikasiya standartlarına nəzarət edilməsi;
Sosial media strategiyasının hazırlanması və aylıq kontent planının qurulması;
Trendlərin izlənilməsi və aktual kontentlərin brendə uyğunlaşdırılması;
Kreativ video, foto və qrafik layihələrin ideyadan icraya qədər idarə edilməsi;
Kreativ konseptlərin hazırlanması və komanda ilə birlikdə həyata keçirilməsi;
Çəkiliş qrafiklərinə və kreativ materialların hazırlanma prosesinə nəzarət edilməsi;
Layihələrin müəyyən olunmuş müddət və büdcə çərçivəsində tamamlanmasının təmin edilməsi;
Brendin PR və ictimaiyyətlə əlaqələr strategiyasının formalaşdırılması;
Media ilə əlaqələrin qurulması və brend reputasiyasına uyğun kommunikasiya tonunun qorunması.
Tələblər
Təhsil : Ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : -
2. Tələb edilən bacarıqlar və təhsil:
Marketinq, media və ya uyğun sahə üzrə ali təhsil (bakalavr);
Elektronika, baxım məhsulları sahəsi üzrə (əsas çeşidlər, məhsul markaları, istehsalçılar və təchizatçılar) biliklər;
Marketinq kommunikasiyaları və KİV-lə iş sahəsində minimum 2 il iş təcrübəsi;
Yaradıcı və innovativ düşüncə tərzi, ideya irəli sürmə qabiliyyəti;
Güclü yazı bacarıqları (məqalə, press-reliz, elan və təqdimat hazırlamaq);
Rəqəmsal və ənənəvi marketinq alətlərində praktiki təcrübə;
Azərbaycan dili üzrə mükəmməl, rus və ya ingilis dillərində sərbəst yazma və danışma bacarığı;
Microsoft Office proqramları (Word Excel Outlook) ilə işləmə bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Nəticəyönümlü və məsuliyyətli yanaşma.
Əmək haqqı: 600-800 man
İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Uyğun namizədlər CV fomalarını poçt ünvanına mövzu hissədə “Marketinq üzrə kiçik mütəxəssis” adını qeyd edərək göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
My Shops MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16327
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə