Marketinq Kommunikasiyası şöbəsinin Mütəxəssisi (Qrafik dizayneri)
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 22 may 2026
Təsvir
Məhsulun xüsusiyyətinə uyğun vizual dizaynlar və eskizlər hazırlamaq;
Məhsul çərçivəsində araşdırma aparmaq və müvafiq dizayn həllərini inkişaf etdirmək;
Daxili və xarici müştəri tələblərini toplayaraq onları dizayn prosesinə tətbiq etmək;
Komandaya vizual materiallar və dizayn layihələrində dəstək vermək;
PAŞA Bank-ın vizual kimliyinə uyğun dizayn elementlərindən istifadə etmək və lazım olduqda yeni qaydalar və komponentlər yaratmaq.
Tələblər
Təhsil: Marketinq, Biznes və ya müvafiq sahələrdə ən azı bakalavr dərəcəsi;
Tələb olunan iş təcrübəsi: Qrafik dizayn və brendin vizual təmsili sahəsində 2-3 il və ya daha artıq təcrübə;
Texniki səriştələr: Keyfiyyətli qrafik həllərin və biznes ehtiyaclarına cavab verən dizaynların yaradılması təcrübəsi. Eskizlərin hazırlanması, müştəri tələblərinin toplanması və müvafiq dizaynların inkişaf etdirilməsi sahəsində təcrübə. Sosial media və digər çap və rəqəmsal dizayn sahələrində iş təcrübəsi.
Xarici dillər: İngilis dili bilikləri minimal olaraq "Intermediate" səviyyəsində;
Kompüter bilikləri: Adobe Creative Suite (Photoshop, Illustrator, After Effects) alətlərindən sərbəst istifadə bacarığı. 3D Modelləmə və rendering alətlərində iş təcrübəsi (Cinema 4D, Blender).
Necə Müraciət Etmək Olar
PASHA Bank
Finance
PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17207
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+