Ana Səhifə
Vakansiyalar

Təhlil və Portfolionun İdarə Edilməsi üzrə Mütəxəssis

Təhlil və Portfolionun İdarə Edilməsi üzrə Mütəxəssis

Finance

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 14 iyun 2026

Təsvir

  • Bank sistemlərindən və bankın müvafiq struktur bölmələrindən kredit riski məlumatlarının yığılmasını və maraqlı tərəflərə hesabatların təqdim edilməsini təmin etmək;

  • Kredit riski ilə bağlı itkiləri minimuma endirmək və artım gözləntilərinə uyğun olaraq kredit portfelinin aktiv keyfiyyətini artırmaq məqsədi daşıyan zərərin proqnozlaşdırılması, portfelin həssaslıq təhlili, vintaj təhlili və digər məqsədyönlü təhlillər üçün istifadə olunan müxtəlif modelləri hazırlamaq və/yaxud onlara məsləhət vermək;

  • Bank üzrə kredit risklərinin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə biznes və risk menecerlərlə yaxından işləmək;

  • Məhsulların və prosedurların təhlili əsasında təkliflər vermək və lazım gəldikdə tədbirlər planlarını hazırlamaq;

  • Bazardakı kredit riskləri trendlərini izləmək və məlumatı həmkarlarla və rəhbərliklə paylaşmaq;

  • Sistematik metodologiya təkmilləşdirmələrinin qiymətləndirilməsi, hazırlanması və həyata keçirilməsinə dəstək;

  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;

  • İş təcrübəsi: Kredit Risk, Anderrayting və ya müvafiq sahə üzrə minimum ən azı 1 il iş təcrübəsi;

  • Lisenziya/ Sertifikat: CFA, FRM arzuolunandır;

  • Xarici dil: İngilis dili (səlis), Rus Dili (Arzuolunandır);

  • Kompüter bilikləri: Microsoft Office, Powerpoint, Python, Tableau;

  • Məhsul üzrə biliklər Bank məhsulları üzrə biliklər tələb edilir;

  • Bazar üzrə biliklər: Tələb olunur;

  • Başqa tələblər: Maliyyə hesabatları bilikləri, güclü ünsiyyət və təqdimat bacarıqları.

Necə Müraciət Etmək Olar

PASHA Bank

PASHA Bank

Finance

PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17213

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Təşkilati Risklərin İdarə Edilməsi üzrə Baş mütəxəssis

Tam Ştat

Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanmasını işinin təşkili (İCAAP); Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və idarə edilməsi; Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, və onların yerinə yetirilməsi üçün nəzarətin qurulması; Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsində iştirak; Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi; Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi; Təşkilati riski iştahasının və hədlərinin müəyyənləşdirilməsində iştirak etdirillməsi və monitorinq edilməsi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılmasına nəzarət edilməsi; Risk sağlamlıq indeksinin idarə edilməsi və indeksin yüksəldilməsi üzrə zəruri işlərin görülməsinə nəzarət; Təşkilati risklərin İdarə edilməsi çərçivəsində ESG siyasətinin hazırlanması, tətbiqinin təşkili, icrasına nəzarət və bu istiqamətdə əlaqəli bütün fəaliyyətlərin koordinasiyasının həyata keçirilməsi; Dövri hesabatlığın hazırlanması; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.