Təşkilati Risklərin İdarə Edilməsi üzrə Baş mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 14 iyun 2026
Təsvir
Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanmasını işinin təşkili (İCAAP);
Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və idarə edilməsi;
Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, və onların yerinə yetirilməsi üçün nəzarətin qurulması;
Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsində iştirak;
Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi;
Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi;
Təşkilati riski iştahasının və hədlərinin müəyyənləşdirilməsində iştirak etdirillməsi və monitorinq edilməsi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılmasına nəzarət edilməsi;
Risk sağlamlıq indeksinin idarə edilməsi və indeksin yüksəldilməsi üzrə zəruri işlərin görülməsinə nəzarət;
Təşkilati risklərin İdarə edilməsi çərçivəsində ESG siyasətinin hazırlanması, tətbiqinin təşkili, icrasına nəzarət və bu istiqamətdə əlaqəli bütün fəaliyyətlərin koordinasiyasının həyata keçirilməsi;
Dövri hesabatlığın hazırlanması;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
İş təcrübəsi: Risk və ya müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Lisenziya/ Sertifikat: FRM, CFA, CERM üzrə Level 1 keçmişlərə üstünlük verilir;
Xarici dil: İngilis dili (professional səviyyə);
Kompüter bilikləri: Microsoft Office (xüsusilə Excel və PowerPoint)
Analitik və kritik düşünmə qabiliyyəti
Araşdırma və məlumatların təhlili bacarığı
Problemlərin strukturlaşdırılması və səbəb–nəticə əlaqələrinin müəyyən edilməsi qabiliyyəti
Risklərə sistemli və konseptual yanaşma tərzi
Komanda ilə işləmək və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq qurmaq bacarığı
Dəyişən tənzimləyici və biznes mühitinə çevik uyğunlaşma qabiliyyəti
Necə Müraciət Etmək Olar
PASHA Bank
Finance
PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17214
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+