Ana Səhifə
Vakansiyalar
Marketinq, Reklam və PR
Rəqəmsal marketinq

Marketinq Kommunikasiyası şöbəsinin Kontentin Yaradılması istiqaməti üzrə Mütəxəssis

Marketinq Kommunikasiyası şöbəsinin Kontentin Yaradılması istiqaməti üzrə Mütəxəssis

Finance

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 12 iyun 2026

Təsvir

İşiniz nədən ibarətdir?

* Kreativ və strateji məzmun istehsalı

-       Sosial media, reklam kampaniyaları, təqdimatlar, e-mail və veb-sayt üçün brend tonuna uyğun yaradıcı məzmun və konseptlər hazırlamaq;

-       Rəqəmsal kanallar üçün “storytelling” əsaslı kampaniya ideyaları və konseptlər irəli sürmək;

-       Brendin illik və rüblük kommunikasiya xəttinə uyğun paylaşım təqviminin hazırlanmasında iştirak etmək.

  • Kreativ agentliklərlə əməkdaşlıq

-       Kreativ, media və PR agentlikləri ilə kampaniya ideyalarının hazırlanması, “brief”lərin ötürülməsi və icra keyfiyyətinə nəzarət proseslərini koordinasiya etmək;

-       Agentlik tərəfindən təqdim edilən ssenarilər, sloqanlar, sosial media postları, video konseptlər və reklam mətnlərini nəzərdən keçirmək, brend tonuna və kommunikasiya strategiyasına uyğunluğunu təmin etmək;

-       Hər kampaniya üçün məzmun istiqamətində fikir və istiqamət təklifləri vermək.

  • SEO yönümlü məzmun yaradılması

-       Veb-sayt, bloq və məhsul səhifələri üçün SEO-optimallaşdırılmış məzmunlar yazmaq və yeniləmək;

-       “Keyword” araşdırması aparmaq və nəticələr əsasında məzmun strategiyası formalaşdırmaq;

-       Mövcud məzmunların oxunurluq, geri dönüşüm, CTR və s. kimi göstəricilərini izləmək və təkmilləşdirmək.

  • Araşdırma və yeniliklərin tətbiqi

-       Rəqəmsal marketinq trendləri, məzmun formatları, SEO və AI dəstəkli yazı alətlərini izləmək və tətbiq etmək;

-       Rəqiblərin məzmun strategiyalarını analiz etmək və fərqli yanaşmaları təklif etmək;

-       Aylıq və rüblük məzmun nəticələrini təhlil etmək və müvafiq hesabatlar hazırlamaq.

Tələblər

  • Təhsil: Marketinq, kommunikasiya, filologiya sahələrində ali təhsil arzuolunandır;

  • Tələb olunan iş təcrübəsi: Marketinq və kommunikasiya sahəsində minimum 3 il;

  • Dil bacarıqları: Azərbaycan dili (ana dili), ingilis dili (peşəkar işləmə bacarığı), rus dili (arzuolunandır).

Hörmətli PAŞA Qrup əməkdaşı!

PAŞA Qrup daxilində bizim ən dəyərli kapitalımız Sizsiniz! Sizin bacarığınız və təcrübəniz həm özünüz, həm də PAŞA Qrupu üçün əvəzolunmaz sərvətdir. Məhz bu səbəbdən qrup daxilində karyeranızı inkişaf elətdirməyiniz, yeni rolları kəşf edərək bacarıqlarınızı artırmağınız üçün geniş imkanları sizlərə yaratmaq bizim əsas hədəflərimizdəndir.

Daxil olmaq üçünhttps://pashamobility.az/user/login

Necə Müraciət Etmək Olar

PASHA Bank

PASHA Bank

Finance

PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17206

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Təşkilati Risklərin İdarə Edilməsi üzrə Baş mütəxəssis

Tam Ştat

Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanmasını işinin təşkili (İCAAP); Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və idarə edilməsi; Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, və onların yerinə yetirilməsi üçün nəzarətin qurulması; Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsində iştirak; Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi; Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi; Təşkilati riski iştahasının və hədlərinin müəyyənləşdirilməsində iştirak etdirillməsi və monitorinq edilməsi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılmasına nəzarət edilməsi; Risk sağlamlıq indeksinin idarə edilməsi və indeksin yüksəldilməsi üzrə zəruri işlərin görülməsinə nəzarət; Təşkilati risklərin İdarə edilməsi çərçivəsində ESG siyasətinin hazırlanması, tətbiqinin təşkili, icrasına nəzarət və bu istiqamətdə əlaqəli bütün fəaliyyətlərin koordinasiyasının həyata keçirilməsi; Dövri hesabatlığın hazırlanması; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.