Marketinq Departamentinin İnkişaf qrupunun Baş Mütəxəssisi
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 29 may 2026
Təsvir
Biznes məqsədlərinə uyğun olaraq hər bir biznes istiqaməti üzrə marketinq və inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;
Kampaniyaların yaradılması, hesabatların hazırlanması və kampaniyanın effektivliyini ölçmək üçün rəqəmsal komanda ilə iş birliyi;
Məhsulun inkişafı üçün bizneslə sıx əməkdaşlıq;
Marketinq strategiyalarını və gələcək təcrübələri davamlı olaraq optimallaşdırmaq üçün kampaniya nəticələrinin təhlili və daxili maraqlı tərəflərə hesabatın verilməsi;
Məhsulun inkişafını təmin etmək üçün mühəndislər, UX/UI dizaynerləri, CX komandası və digər maraqlı tərəflərlə əməkdaşlıq;
İstifadəçi bazasının böyüməsini təmin etmək üçün data ilə iş;
Məhsulun performansını və əsas artım göstəricilərini izləmək üçün analitik alətlər və idarə panellərindən istifadə;
Məhsul ilə bağlı qərarlar vermək üçün müştəri sorğularının aparılması (NPS, CSI və digər sorğular) ;
İnkişaf ilə əlaqəli məhsul xüsusiyyətlərinin təkmilləşdirilməsi və prioritetləşdirilməsi üçün məhsul sahiblərinə bazar tendensiyaları haqqında məlumatın verilməsi;
Seqmentlərin məqsədləri üçün inkişaf proqramı planının yaradılması;
İnkişaf imkanlarını müəyyən etmək üçün bazar araşdırmasının, rəqabət və istifadəçi rəyi təhlillərinin aparılması;
Məhsulun/seqmentin hər rəqəmsal/ənənəvi kanalda onlayn mövcudluğunu təmin etmək, hər bir məlumatın aktuallığından əmin olmaq;
Məhsul dəyişikliklərinin (FAQ, zəng mərkəzi, marketinq qrupu, RM və s.) haqqında bank daxilində (daxili maraqlı tərəflər) kommunikasiya olunması;
Xidmətlərin/məhsulların düzgün çatdırılmasını təmin etmək üçün satınalma qrupu ilə sıx əməkdaşlıq;
Məhsul satışını və məlumatlılığın artırılmasını təşkil etmək üçün CSE komandası ilə əməkdaşlıq.
Tələblər
Təhsil: maliyyə, marketinq və ya satış üzrə bakalavr və magistr təhsili;
Tələb olunan iş təcrübəsi: 2-4 il;
Lisenziya / Sertifikat: marketinq, satış üzrə sertifikatı olan namizədlərə üstünlük verilir;
Xarici dillər: İngilis və rus dili biliyi;
Kompüter bilikləri: “Microsoft Office”, data bazası, “SurveyMonkey”, “Tableau;
Texniki səriştələr: Bank məhsulları üzrə bazar biliklər; Data baza ilə işləmək bacarığı.
Necə Müraciət Etmək Olar
PASHA Bank
Finance
PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17205
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+