Ana Səhifə
Vakansiyalar
İnformasiya Texnologiyaları (İT)
İT mütəxəssisi / məsləhətçi (support, helpdesk və s.)

Layihə Kreditlərin təhlili şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi

Layihə Kreditlərin təhlili şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi

Finance

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 28 may 2026

Təsvir

Görəcəyiniz işlər:

  • Bankın daxili qayda və təlimatlarına uyğun layihə maliyyələşdirilməsi kreditləri üzrə Banka daxil olan kredit sifarişlərini təhlil etmək (müştərinin biznes fəaliyyəti ilə bağlı sahələrinə baxış keçirmək daxil olmaqla), qiymətləndirmək, və onlara dair rəy hazırlamaq, habelə həmin sifarişlərin icrasına dair qərarların qəbul edilməsi məqsədilə keçirilən müzakirələrdə müvafiq rəyi təqdim etmək;

  • Layihə kreditləri üzrə kredit memorandumunun hazırlanması zamanı  məlumatlar üzrə əlavə dəqiqləşdirmələrə zərurət yarandıqda, müştərinin müvafiq nümayəndəsindən əlavə məlumatları və sənədləri tələb etmək;

  • Layihə kreditləri üzrə kredit əqdinin qüvvədə olduğu müddət ərzində layihənin bütün mərhələrinin mütəmadi izlənilməsini və təhlilini həyata keçirmək, zəruri hallarda bu istiqamətdə Bankın müvafiq struktur bölmələri ilə müzakirələr aparmaq, bununla bağlı müvafiq təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim etmək;

  • Risklərin idarə edilməsinə məsul struktur bölmə ilə birlikdə Bankın kredit portfelində mövcud olan layihə kreditlərinin mütəmadi monitorinqinin həyata keçirilməsində iştirak etmək;

  • Layihə kreditləri üzrə tələb olunan hesabatları (məlumatları) təqdim etmək;

  • Səlahiyyətləri daxilində dövlət qurumlarının müvafiq struktur bölmələri, o cümlədən yerli və xarici maliyyə qurumları və iqtisadi məsələlərin təhlili ilə məşğul olan yerli və xarici məsləhətçilər ilə müzakirələr aparmaq, görüşlər keçirmək və əməkdaşlıq etmək;

  • Layihə kreditləri sahəsində araşdırmaların və tədqiqatların aparılması və zəruri hallarda bu istiqamətdə beynəlxalq və yerli məsləhətçilərin xidmətlərinin istifadə edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat, biznesin idarə edilməsi və ya digər əlaqəli ixtisas);

  • Maliyyə sektoru sahəsində ən az 3 il iş təcrübəsi;

  • CFA, FRM, ACCA və ya CIMA sertifikatları;

  • Əla səviyyədə azərbaycan dili və ingilis dili, yaxşı səviyyədə rus dili bacarıqları;

  • MS Office proqramlarından (xüsusilə MS Excel) müstəsna istifadə qabiliyyəti;

  • Maliyyə modelləşdirməsi və təhlili üzrə təcrübə;

  • Bazar araşdırması və iqtisadi təhlil bacarıqları;

  • Problemləri həll etmə və qərarvermə bacarıqları;

  • Vaxtın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarıqları;

  • Əla səviyyədə kommunikasiya və təqdimat bacarıqlarına sahib olan şəxsdir.

Necə Müraciət Etmək Olar

ABB

ABB

Finance

ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16561

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

VİP müştərilərlə iş departamentinin kiçik mütəxəssisi (xadimə)

Tam Ştat

Görəcəyiniz işlər: Bankın ərazisində (Baş Ofisdə və filiallarda) gündəlik təmizlik işləri; Cavabdeh olduğu sahələrdə təmizlik işləri görmək və iş otaqlarının daima təmiz saxlanılmasını təmin etmək; Sanitar-gigiyena qaydaları çərçivəsində Bankın mətbəxində və sanitar qovşağında təmizliyin təmin olunması; Bankın əldə etdiyi gündəlik istehlak və təsərrüfat mallarının qəbul edilməsi, onların gündəlik istifadəsinə nəzarət olunması; İş prosesində irəli gələn digər işləri yerinə yetirmək; Əsas öhdəlikləri tam, düzgün və Bankın qanuni maraq və mənafelərinə uyğun icra etmək; İş prosesini fəaliyyət sahəsinə aid Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada təşkil etmək; Xidməti vəzifələrin icrası zamanı ona məlum olan bank, kommersiya, eləcə də digər konfidensial statuslu məlumatların qorunmasını, həmin məlumatların yayılmamasını və üçüncü şəxslərə ötürülməməsini təmin etmək; İstifadəsində olan Bankın əmlakını səmərəli və şəxsi məqsədlər üçün olmamaqla istifadə etmək. Bizim üçün uyğun namizəd: Orta təhsil; Minimum 1 illik iş stajı; Əla səviyyədə Azərbaycan dili biliyi; Rus dili biliyi arzuolunandır: Öhdəsində olan təmizlik ləvazimatlarının salamatlığı və düzgün istifadəsinə görə məsuliyyət daşımaq.