Laborant - İmişli

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 dekabr 2025

Son Tarix: 9 yanvar 2026

Təsvir

Müəssisə: Laborant

**Müəssisə:**Promalt MMC

Tələblər

  • Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsil.

  • MS Office proqramları bilikləri.

  • ISO 9001, ISO 22000 standartları üzrə sertifikat arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • Laboratoriyaya daxil olan nümunələrdə iş təlimatlarına uyğun olaraq analizləri yerinə yetirmək.

  • Yerli və beynəlxalq standartlara uyğun analizlər yerinə yetirmək.

  • Alınan nəticələri laboratoriyanın xüsusi formalarına və / və ya kompyuter proqramlarına qeyd etmək, lazım gəldikdə müvafiq şəxslərə bildirmək.

  • İş yerini, istifadə etdiyi avadanlığı, cihazları, qabları təmiz və işə hazır vəziyyətdə saxlamaq.

  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək.

  • İstehsalat prosesində apardığı keyfiyyətlə bağlı yoxlamalar və laboratoriyada aparılan analiz nəticələrində hər hansı bir uyğunsuzluq olduğu zaman müvafiq şəxslərə məlumat vermək.

  • Laboratoriyya sahəsində olan cihaz və avadanlıqlardan düzgün istifadə etməkdən və saxlamaqdan məsuldur.

  • Gizli tutulması vacib olan məlumatların qorunmasından və aidiyyəti olmayan yerlərə bildirilməməsindən məsuldur.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi.

  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə.

  • Nahar şirkət tərəfindən təmin edilir.

Ünvan: İmişli rayonu.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya qeyd olunan hr.azersun.com link ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Laborant İmişli” qeyd etməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2948

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Baş Baytar Həkim

Tam Ştat

Namizədə aid tələblər: Ali təhsil (Müvafiq sahə üzrə) Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi MS Office proqramlarında işləmə bacarığı İş haqqında məlumat: Heyvan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası üzrə işləri təşkil etmək. Heyvanların sağlamlığı və xəstəliklərin qarşısının alınması üzrə ümumi baytarlıq tədbirlərinin planlaşdırılması və icrasına rəhbərlik etmək. Təsərrüfatda baytarlıq-sanitariya tələblərinə riayət olunmasına nəzarət etmək. Dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin vaxtında və düzgün aparılmasını təmin etmək. Heyvanların vaksinasiya, antiparazitar müalicə və digər profilaktik tədbirlər üzrə illik və mövsümi planlar hazırlamaq. Xəstə heyvanların təcrid edilməsi, karantin və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqinə nəzarət etmək. Heyvan yemlərinin keyfiyyəti, saxlanma şəraiti və təhlükəsizliyinə nəzarət etmək. Baytarlıq sənədlərinin (protokollar, aktlar, diaqnostik kartlar, vaksinasya jurnalları və s.) düzgün və dəqiq aparılmasını təmin etmək. Yoluxucu xəstəlik aşkar edildikdə operativ tədbirləri təşkil etmək və aidiyyəti qurumlara məlumat vermək. Baytarlıq personalının fəaliyyətinə rəhbərlik etmək, onların işini bölüşdürmək və peşə hazırlığının artırılmasını təşkil etmək. Baytarlıq dərmanlarının, alət və avadanlıqların uçotunu aparmaq, təhlükəsiz istifadəsinə nəzarət etmək. Heyvanların saxlanması və istismarında zoogigiyenik qaydaların təmin olunmasına nəzarət etmək. İş vaxtının norması: 5 günlük iş rejimi; İstirahət günü: Şənbə və Bazar günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə; Nahar şirkət tərəfindən təmin edilir; Ünvan: Kürdəmir rayonu Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi**cv@azersun.com**elektron poçtuna göndərə bilər və ya qeyd olunan link hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş baytar həkim (Kürdəmir )” qeyd etməyiniz xahiş olunur.