Baş Baytar Həkim
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 9 yanvar 2026
Təsvir
Namizədə aid tələblər:
Ali təhsil (Müvafiq sahə üzrə)
Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi
MS Office proqramlarında işləmə bacarığı
İş haqqında məlumat:
Heyvan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası üzrə işləri təşkil etmək.
Heyvanların sağlamlığı və xəstəliklərin qarşısının alınması üzrə ümumi baytarlıq tədbirlərinin planlaşdırılması və icrasına rəhbərlik etmək.
Təsərrüfatda baytarlıq-sanitariya tələblərinə riayət olunmasına nəzarət etmək.
Dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin vaxtında və düzgün aparılmasını təmin etmək.
Heyvanların vaksinasiya, antiparazitar müalicə və digər profilaktik tədbirlər üzrə illik və mövsümi planlar hazırlamaq.
Xəstə heyvanların təcrid edilməsi, karantin və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqinə nəzarət etmək.
Heyvan yemlərinin keyfiyyəti, saxlanma şəraiti və təhlükəsizliyinə nəzarət etmək.
Baytarlıq sənədlərinin (protokollar, aktlar, diaqnostik kartlar, vaksinasya jurnalları və s.) düzgün və dəqiq aparılmasını təmin etmək.
Yoluxucu xəstəlik aşkar edildikdə operativ tədbirləri təşkil etmək və aidiyyəti qurumlara məlumat vermək.
Baytarlıq personalının fəaliyyətinə rəhbərlik etmək, onların işini bölüşdürmək və peşə hazırlığının artırılmasını təşkil etmək.
Baytarlıq dərmanlarının, alət və avadanlıqların uçotunu aparmaq, təhlükəsiz istifadəsinə nəzarət etmək.
Heyvanların saxlanması və istismarında zoogigiyenik qaydaların təmin olunmasına nəzarət etmək.
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Kürdəmir rayonu
Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi**cv@azersun.com**elektron poçtuna göndərə bilər və ya qeyd olunan link hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş baytar həkim (Kürdəmir )” qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azersun Holding
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2944
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə