Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 30 mart 2026

Təsvir

  • İstehsal olunan məhsulların orqanoleptik və fiziki-kimyəvi analizlərini aparmaq;

  • İstehsalatda istifadə olunan əsas və köməkçi xammalların standartlara və təsdiq olunmuş analiz sertifikatlarına uyğunluğunu yoxlamaq;

  • Normativ sənədlərə və müəyyən edilmiş vaxt çərçivəsinə uyğun olaraq istehsalat sahələrindən məhsul nümunələri götürmək;

  • Laboratoriyada mövcud olan sınaq avadanlıqlarından, cihazlardan və ölçmə texnikasından onların istifadə təlimatlarına uyğun şəkildə düzgün istifadə etmək;

  • Aparılan analizlərin nəticələrini qeydiyyata almaq və müvafiq hesabatların hazırlanmasında iştirak etmək

Tələblər

  • Təhsil: Ali təhsil (Kimya, Kimya mühəndisliyi və ya əlaqəli sahələr üzrə);

  • İş təcrübəsi: 1–3 il müvafiq sahədə iş təcrübəsi;

  • Laboratoriya avadanlıqlarını düzgün istifadə bacarığı;

  • Analitik düşüncə və diqqətlilik;

  • Komanda ilə işləmək və təyin edilmiş vaxt çərçivəsində işləri tamamlamaq bacarığı.

Əlavə qeyd:

  • Bakı və Sumqayıt şəhərlərindən servis xidməti mövcuddur

  • İş yeri: Abşeron, Xırdalan Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı

Necə Müraciət Etmək Olar

Agrotrade Supply MMC

Agrotrade Supply MMC

Other

AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11045

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya