Korporativ satış meneceri
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 29 aprel 2026
Təsvir
Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əməkdaşlığı möhkəmləndirmək;
Müştəri tələblərini anlamaq və onlara uyğun həllər təklif etmək;
Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılması üçün daimi əlaqədə olmaq;
Satış görüşlərinin təşkili və icrası;
Satış planına uyğun olaraq aylıq və illik hədəflərə çatmaq üçün effektiv strategiyalar hazırlamaq;
Müştəri sorğularını cavablandırmaq və müqavilələr bağlamaq;
Bazar trendlərini izləmək, rəqibləri təhlil etmək və yeni satış imkanlarını müəyyənləşdirmək;
Məhsul və xidmətlərin bazar tələblərinə uyğun olmasını təmin etmək üçün təkliflər vermək.
İş şəraiti:
İş yeri: Luxen Plaza;
İş qrafiki: 6 günlük (6-cı gün qısaldılmış iş günü);
Korporativ nömrə;
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Tələblər
Ali təhsil;
Müvafiq sahədə 3 il iş təcrübəsi;
Azərbaycan dili əla, İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı üstünlükdür;
Ofis proqramlarında işləmək bacarığı;
Satış və müştəri münasibətləri sahəsində güclü bacarıqlar;
Satış yönümlü danışıqların aparılması və satış prosesinin idarə edilməsi bacarıqları;
Bazar araşdırması və analitik təhlil aparmaq bacarığı.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14638
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
501-1000