Korporativ kommunikasiya şöbəsinə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 29 may 2026
Təsvir
Görəcəyiniz işlər:
Azərbaycan dilində hazırlanmış mətnlərin rus və ingilis dillərinə tərcüməsi və redaktəsi;
Bankın təşkil etdiyi və iştirak etdiyi tədbirlərdə təşkilati dəstəyin göstərilməsi;
Daxil olan rəsmi məktub və sorğuların operativ şəkildə cavablandırılması və yazışmaların aparılması;
Beynəlxalq mükafatlar və reytinqlərlə bağlı araşdırmaların aparılması;
Mükafat proqramları üzrə müraciətlərin hazırlanması, beynəlxalq təşkilatlarla yazışmaların aparılması və prosesin sonadək izlənməsi;
Korporativ kommunikasiya ilə bağlı digər gündəlik işlərdə iştirak.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilindən rus və ingilis dillərinə sərbəst yazılı tərcümə və redaktə bacarığı;
Rəsmi yazışma və işgüzar kommunikasiya bacarıqları;
Tədbirlərin təşkili prosesinə dəstək vermək bacarığı;
Araşdırma aparmaq və məlumatları strukturlaşdırmaq bacarığı;
Detallara diqqət və məsuliyyətlilik;
Aktiv və dinamik iş mühitində işləmək bacarığı olan şəxsdir.
Necə Müraciət Etmək Olar
ABB
Finance
ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16559
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+