Kommunikasiya üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
800 AZN-dən
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 13 mart 2026
Təsvir
AZERA Holding MMC tərkibindəki Kommunikasiya üzrə mütəxəssis Hill Restoranına vakansiyasını elan edir!
Vəzifə öhdəlikləri:
Telefon zənglərinin cavablandırılması və yönləndirilməsi
Rezervasiya məlumatlarının sistemə düzgün və tam şəkildə daxil edilməsi
Müştəri tələblərinə uyğun masa seçimlərinin təqdim edilməsi
Telefon vasitəsilə əlavə xidmətlərin və xüsusi təkliflərin satışı (upselling)
Rezervasiya dəyişiklikləri və ləğvlərin operativ idarə olunması.
Tələblər
Orta ixtisas və ya ali təhsil (Xidmət, Turizm və Menecment sahəsində olması üstünlükdür)
Müştəri xidməti, telefon ünsiyyəti və satış texnikaları üzrə təlimlər (üstünlükdür)
Minimum 1 il müştəri xidməti və ya telefonla sifariş/qəbul sahəsində iş təcrübəsi
MS Office proqramları
Yüksək ünsiyyət bacarığı, operativlik, detallara diqqət, stressə davamlılıq, satış yönümlülük
İş şərtləri:
Əmək haqqı: 800 AZN
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Müraciət üçün: CV-nizi “Kommunikasiya üzrə mütəxəssis” mövzusu, şirkətin adı qeyd olunmaqla göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azera Holding
Finance
Azera Holding Azərbaycanda fəaliyyət göstərən, özəl sektorda 20 ilə yaxın təcrübəyə malik şirkətlər qrupudur. Holdinq fəaliyyətində innovativ yanaşmaları önə çəkir və yerli brendlərin həm ölkədaxili inkişafına, həm də MDB və Avropa bazarlarında tanınmasına töhfə verməyi hədəfləyir. Holdinqin tərkibinə müxtəlif sahələri əhatə edən 30-a yaxın şirkət daxildir. Bu istiqamətlərə səhiyyə, kənd təsərrüfatı, iaşə xidmətləri, kosmetologiya, qida və təhlükəsizlik sahələri daxildir. Azera Holding eyni zamanda yeni iş yerlərinin yaradılması və yerli kadr potensialının gücləndirilməsi kimi mövzulara fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8517
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+