Təmizlik üzrə menecer

Tam Ştat

Menecer

1.200 AZN-dən

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 23 mart 2026

Təsvir

“AZERA Holding” MMC tərkibindəki Hill restoranında “Təmizlik üzrə menecer” vakansiyasını elan edir.

İş haqqında məlumat:

  • Təmizlik üzrə işçi heyətini gündəlik operativ fəaliyyət və problemlər barədə xəbərdar etmək və onları işləri ilə bağlı olan bütün məlumatlarla təmin etmək, tapşırıqlar vermək;

  • Bütün ərazidə təmizlik üzrə fəaliyyətə rəhbərlik etmək;

  • Təmizlik heyəti arasında iş bölgüsü aparmaq və icrasına nəzarət etmək;

  • Təsdiq olunmuş “check list” əsasında təmizlik heyətinin fəaliyyətini gündəlik yoxlamaq;

  • Restoran daxili və xarici ərazinin, avadanlıqların, mebellərin təmizliyinə cavabdeh olaraq nəzarət etmək;

  • Təmizlik üçün nəzərədə tutulan vasitələrin sifarişinə, sərfinə nəzarət etmək;

  • Ona tabe olan işçilərin davamiyyətinə nəzarət etmək;

  • Təmizlik heyəti üçün təlimlər təşkil etmək, təlim planı tərtib etmək.

Tələblər

  • Orta ixtisas və ya ali təhsil

  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi

  • Azərbaycan dili səlis,  Rus dili arzuolunandır

  • Yüksək ünsiyyət bacarığı,operativlik,stressə davamlılıq

  • Cins:Qadın

İş şərtləri:

  • ƏM-nə uyğun rəsmiləşdirilmə

  • 6 günlük iş qrafiki

  • Əmək haqqı: 1200 AZN

Müraciət üçün: CV-nizi “Təmizlik üzrə menecer” mövzusu, şirkətin adı qeyd olunmaqla göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Azera Holding

Azera Holding

Finance

Azera Holding Azərbaycanda fəaliyyət göstərən, özəl sektorda 20 ilə yaxın təcrübəyə malik şirkətlər qrupudur. Holdinq fəaliyyətində innovativ yanaşmaları önə çəkir və yerli brendlərin həm ölkədaxili inkişafına, həm də MDB və Avropa bazarlarında tanınmasına töhfə verməyi hədəfləyir. Holdinqin tərkibinə müxtəlif sahələri əhatə edən 30-a yaxın şirkət daxildir. Bu istiqamətlərə səhiyyə, kənd təsərrüfatı, iaşə xidmətləri, kosmetologiya, qida və təhlükəsizlik sahələri daxildir. Azera Holding eyni zamanda yeni iş yerlərinin yaradılması və yerli kadr potensialının gücləndirilməsi kimi mövzulara fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9535

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Direktor Müavini

Tam Ştat

“AZERA Holding”-in tərkibində fəaliyyət göstərən Sara Group QSC Direktor Müavini vakansiyasını elan edir! Vəzifə öhdəlikləri: Şirkətin fəaliyyətinin cari statusu barədə tam məlumatlı olmaq, gələcək dövr üçün təsdiq olunmuş tədbirlər planı əsasında hərəkət etmək; Şirkətin müvafiq struktur bölmələrində müəyyən edilmiş iş proseslərinə və iş fəaliyyətinə nəzarət etmək; Struktur bölmə rəhbərlərinə tapşırıqlar vermək və tapşırılmış işlərin icrasına nəzarət etmək; Şirkətin Nizamnamə tələblərinə, habelə Rəhbərliyin tələblərinə dair Şirkət üzrə iş prosesini təşkil etmək; Şirkətin fəaliyyətinə dair müəyyən edilmiş müvafiq hesabat sistemi üzrə aparılan işlərə mütəmadi olaraq nəzarət etmək; Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək; Şirkət işçilərinin əmək intizamına riayət etmələrini təmin etmək; Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək; Müvafiq hesabatların hazırlanmasını, toplanmasını və təqdim edilməsini təşkil etmək; Şirkətdə biznes proseslərinin tətbiq olunmasına nəzarət etmək; Bütün struktur bölmələrilə qarşılıqlı işləmək və tabeçiliyində olan struktur bölmələri ilə bağlı təkliflər, tapşırıqlar vermək və məlumatlar almaq; Vəzifə çərçivəsində Direktor tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək.