Ana Səhifə
Vakansiyalar

Direktor Müavini

Direktor Müavini

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 3 mart 2026

Son Tarix: 3 aprel 2026

Təsvir

“AZERA Holding”-in tərkibində fəaliyyət göstərən Sara Group QSC Direktor Müavini vakansiyasını elan edir!

Vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətinin cari statusu barədə tam məlumatlı olmaq, gələcək dövr üçün təsdiq olunmuş tədbirlər planı əsasında hərəkət etmək;

  • Şirkətin müvafiq struktur bölmələrində müəyyən edilmiş iş proseslərinə və iş fəaliyyətinə nəzarət etmək;

  • Struktur bölmə rəhbərlərinə tapşırıqlar vermək və tapşırılmış işlərin icrasına nəzarət etmək;

  • Şirkətin Nizamnamə tələblərinə, habelə Rəhbərliyin tələblərinə dair Şirkət üzrə iş prosesini təşkil etmək;

  • Şirkətin fəaliyyətinə dair müəyyən edilmiş müvafiq hesabat sistemi üzrə aparılan işlərə mütəmadi olaraq nəzarət etmək;

  • Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;

  • Şirkət işçilərinin əmək intizamına riayət etmələrini təmin etmək;

  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;

  • Müvafiq hesabatların hazırlanmasını, toplanmasını və təqdim edilməsini təşkil etmək;

  • Şirkətdə biznes proseslərinin tətbiq olunmasına nəzarət etmək;

  • Bütün struktur bölmələrilə qarşılıqlı işləmək və tabeçiliyində olan struktur bölmələri ilə bağlı təkliflər, tapşırıqlar vermək və məlumatlar almaq;

  • Vəzifə çərçivəsində Direktor tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək.

Tələblər

  • Ali təhsil.

  • Sertifikatların olması üstünlükdür.

  • Namizəd gübrə və dərman sahəsində ən az 3 il iş təcrübəsinə malik olmalı, həmçinin kənd təsərrüfatı sektorunda açıq sahələr üzrə satış həyata keçirmək bacarığına sahib olmalıdır.

  • Azərbaycan dili biliyi sərbəst, Rus dili biliyi yaxşı  və ingilis dili biliyinin olması üstünlükdür.

  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;

  • MC Office proqramından istifadə bacarığı

  • İdarəetmə təcrübəsi, analitik düşünmə, analiz etmə qabiliyyəti, dəqiqlik, məsuliyyət, ünsiyyət qurma bacarığı, komanda ilə işləmə

  • Bəy Namizədlər

İş şərtləri:

  • Əmək haqqı: Bilik və bacarıqlara əsasən təyin olunacaqdır

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Uygun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə göstərilən mail ünvanına göndərməniz xahiş edilir.

Necə Müraciət Etmək Olar

Azera Holding

Azera Holding

Finance

Azera Holding Azərbaycanda fəaliyyət göstərən, özəl sektorda 20 ilə yaxın təcrübəyə malik şirkətlər qrupudur. Holdinq fəaliyyətində innovativ yanaşmaları önə çəkir və yerli brendlərin həm ölkədaxili inkişafına, həm də MDB və Avropa bazarlarında tanınmasına töhfə verməyi hədəfləyir. Holdinqin tərkibinə müxtəlif sahələri əhatə edən 30-a yaxın şirkət daxildir. Bu istiqamətlərə səhiyyə, kənd təsərrüfatı, iaşə xidmətləri, kosmetologiya, qida və təhlükəsizlik sahələri daxildir. Azera Holding eyni zamanda yeni iş yerlərinin yaradılması və yerli kadr potensialının gücləndirilməsi kimi mövzulara fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10179

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya