Kiçik IT mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 10 aprel 2026
Təsvir
Vəzifə Öhdəlikləri:
IT Service Management (ITSM) və Ticketing System vasitəsilə daxil olan müraciətlərin izlənməsi və vaxtında icrasının təmin edilməsi , rəsmi üslubda yazılı komunkasiyanın qurulması;
Endpoint cihazların idarə olunması (desktop, noutbuk, mobil cihazlar,). Müəyyən hissələrin dəyişdirilməsi, ssd, ram, klaviatura.
Windows 11 və MacOS əməliyyat sistemlərində nasazlıqların aradan qaldırılması, sazlama və performans optimizasiyası;
Microsoft office 2016, 2021 (Outlook, Teams, SharePoint, OneDrive və s.) dəstəklənməsi, konfiqurasiyası;
Tikinti şirkətlərində geniş istifadə olunan mühəndislik və dizayn proqramlarının (AutoCAD, SketchUp, Adobe Creative Suite və s.) quraşdırılması, lisenziya idarəçiliyi, plaginlərin yenilənməsi və optimallaşdırılması;
Network Administration üzrə baza əməliyyatların icrası (IP addressing, DNS, DHCP, VLAN konfiqurasiyası, LAN/WAN troubleshooting);
Structured Cabling System (SCS) üzrə işlərin icrası – Cat5/6 kabel xətləri, patch panel, krimpləmə və test proseslərinin aparılması;
Active Directory və Group Policy Management üzərindən istifadəçi hesablarının yaradılması, silinməsi, şifrə resetlənməsi, qruplara qoşulması və resurslara icazələrin verilməsi;
Backup və Recovery sistemlərinin idarə olunması – istifadəçi fayllarının, e-poçtların və server resurslarının təhlükəsiz ehtiyat nüsxələrinin saxlanılması və bərpası;
Endpoint Security və Antivirus həllərinin (Bitdefender, Kaspersky, ESET və s.) idarə olunması, yenilənməsi və təhlükəsizlik insidentlərinin monitorinqi;
Müxtəlif İT avadanlıqları ilə iş bacarığı – printerlər, çoxfunksiyalı qurğular (MFP), proyektorlar, şəbəkə cihazları və digər periferik avadanlıqlar;
İT avadanlıqlarının inventarizasiyası və aktivlərin idarə olunması (IT Asset Management);
İnformasiya təhlükəsizliyi standartlarına (ISO/IEC 27001 və s.) uyğun olaraq daxili qaydalara riayət edilməsi və istifadəçilərin maarifləndirilməsi.
Tələblər
Windows 11 əməliyyat sistemi üzrə dərin texniki bilik və təcrübə;
MacOS sistemləri üzrə orta səviyyədə anlayış;
Xerox Versalink , Altalink. Hp printer və plotterlə işləmə bacarığı
Hp və Lenovo laptopların basic fiziki problemlərin aradan qaldırılma bacarığı
Microsoft Office proqramları (Word, Excel, Outlook və s.) üzrə funksional bilik;
Qrafik və arxitektur proqram təminatlarının quraşdırılması sahəsində təcrübə;
Active Directory sisteminə dair baza səviyyəsində bilik;
Lokal şəbəkə ilə iş bacarığı, kabelləmə işləri üzrə ilkin təcrübə;
Komandada işləmək və istifadəçilərlə effektiv ünsiyyət qurmaq bacarığı;
Texniki sənədlərlə işləmə bacarığı və məsuliyyətli yanaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Kiçik İT mütəxəssisi” qeyd etməyiniz vacibdir.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11356
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+