Briqadir (Yol Tikinti İşləri üzrə, Qarabağ)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 16 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri
Yol tikinti işlərinin layihəyə, texniki şərtlərə və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək
Yol örtüyünün hazırlanması, torpaq işləri, əsas qatların və asfalt qatlarının düzgün və vaxtında yerinə yetirilməsini təmin etmək
İşçi qüvvəsi, texnika və materiallardan səmərəli istifadəni təşkil etmək
Yol tikintisi texnikasının (ekskavator, qreyder, silindr, asfalt döşəyən texnika və s.) düzgün istifadə olunmasına nəzarət etmək
İşçilərə gündəlik tapşırıqlar vermək və onların iş prosesini koordinasiya etmək
Tikinti sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
Digər briqadirlər və layihə rəhbərliyi ilə koordinasiyalı şəkildə işləmək
İş sahəsində materialların düzgün saxlanılmasına və istifadəsinə nəzarət etmək
İşlərin mərhələlər üzrə vaxtında və keyfiyyətlə başa çatdırılmasını təmin etmək
Yol tikinti işlərinin təhvil-təslimi zamanı Tikinti meneceri ilə birlikdə prosesdə iştirak etmək
Tələblər
Yol tikintisi və ya tikinti sahəsində minimum 3-5 il iş təcrübəsi
Briqadir və ya oxşar vəzifədə iş təcrübəsi üstünlükdür
Yol tikinti texnikası və texnologiyaları haqqında bilik
İşçi heyətini idarəetmə və təşkilatçılıq bacarığı
Təhlükəsizlik qaydalarına ciddi riayət etmək bacarığı
Əgər bu vəzifə ilə maraqlanırsınızsa, CV-nizi qeyd olunan elektron poçt ünvanına vakansiya adını qeyd etməklə göndərin.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11355
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+