Sahə memarı (Qarabağ)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 10 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Müxtəlif layihələrinin memarlıq bölməsinin yoxlanılması, lazım olan layihə dəyişikliyinin işlənib hazırlanmasının həyata keçirilməsi;
Bina və tikililərin, və s. memarlıq layihələrinin və baş planların lazımi düzəlişlərinin işlənib hazırlanması, işlərin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsi, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasının təmin edilməsi;
Layihələndirmə işləri üçün tərtib ediləcək layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativlərə uyğunluğunun təmin edilməsi;
Tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərinin, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsi işlərində memari həcmlərin hesablanmasının təmin edilməsi;
Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasının təmin edilməsi;
Layihə olunmuş obyektlərin subpodratçı şirkətlər tərəfindən tikintisinə müəllif nəzarəti etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi;
Layihə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək;
Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrinin tərtib edilməsi;
Tələblər
Müvafiq sahə üzrə Ali təhsil;
Sahə üzrə minimum 3 il iş təcrübəsi;
Rus və İngilis dili yaxşə səviyyədə;
ArchiCad, AutoCad, 3D Max, SketchUp bilikləri, xüsusilə, əl ilə Sketchup çəkməyi bacarmaq;
“BOQ” ve “Specification” duzəltmək;
İnteryer bitiş detalları həlli verə bilmək bacarığı;
Namizədlərdən CV-lərini “Sahə memarı (Qarabağ)” başlığı ilə cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanına göndərmələri xahiş olunur
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11358
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+