Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Barkodların, Aksiz Markaların alınması üzrə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
Barkod sifarişlərinin keçirilməsi
Yeni barkod alınması üçün müraciətlərin incələnməsi və lazımi məlumatların tələb olunması
Əmtəə nişanlarının patentinin alınması üçün sifarişlərin təşkili
Əmtəə nişanlarının bitmə müddətlərinin izlənməsi
İstifadə olunan əmtəə nişanlarının patent mövcudluğunun yoxlanılması
Əmtəə nişanlarının məhsul sinifinə uyğunluğunun yoxlanılması
Barkod və patent hesabatlarının hazırlanması
Əmtəə nişanları ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən daxil olan məktubların cavablandırılması
Şəxsi marka və idxal məhsulların etiket məlumatlarının hazırlanmasına və markalanma standartlarına nəzarət
Tələblər
Ali təhsil - (Qida mühəndisliyi, Kimya, Biologiya, Standartlaşdırma və ya digər uyğun ixtisas üzrə)
Keyfiyyətə nəzarət sahəsində minimum 1 il iş təcrübəsi
MS Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmək bacarığı
Barkod sifariş proseslərinin idarə olunması və sənədləşmə qaydaları üzrə bilik
Etiketləmə və markalanma standartları üzrə anlayış
Rus və ingilis dillərini bilmək üstünlükdür
Necə Müraciət Etmək Olar
OBA Market MMC
Retail
OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9363
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+