Keyfiyyətə Nəzarət üzrə mühəndis (Təmir-tikinti layihələri üzrə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 fevral 2026
Son Tarix: 7 mart 2026
Təsvir
Şirkətimizə tikinti sahəsində keyfiyyətə nəzarət proseslərinin düzgün və vaxtında icrasını təmin edəcək Keyfiyyətə nəzarət mühəndisi axtarırıq. Bu vəzifənin əsas məqsədi materialların, avadanlıqların və icra olunan tikinti-quraşdırma işlərinin layihə tələblərinə, normativ sənədlərə və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsidir
Müəssisəyə daxil olan material, avadanlıq və məhsulların dövlət və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;
Tikinti və təmir-quraşdırma işlərinin təsdiq olunmuş layihə sənədlərinə, işçi cizgilərinə və normativ tələblərə uyğun icrasını təmin etmək;
Rekvizisiyaçılardan və subpodratçılardan gələn material və avadanlıqların qablaşdırılmasına, markalanmasına və xarici görünüşünə nəzarət etmək;
Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət etmək;
Keyfiyyətin idarə edilməsi planı, prosedurlar, inspeksiya və test planlarının hazırlanmasında və icrasında iştirak etmək;
Daxil olan materialların mənşə və keyfiyyət sertifikatlarını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə müvafiq hesabatlar hazırlamaq;
Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;
Tikinti sahəsində aparılan işlərə, texnoloji proseslərə və materialların saxlanma şəraitinə nəzarət etmək;
Daxili və xarici auditlərdə iştirak etmək, ISO və digər müvafiq standartların tələblərinə riayət olunmasını təmin etmək;
Ölçü alətləri və tikintidə istifadə olunan avadanlıqların kalibrasiyası və sertifikatlaşdırılmasına nəzarət etmək;
Keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə proseslər üzrə təhlillər aparmaq və rəhbərliyə təkliflər vermək.
Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq;
Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək;
Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;
Yoxlama və testləri həyata keçirmək üçün müvafiq prosedurların və inspeksiya test planlarının hazırlanmasına və test metodlarına nəzarət etmək;
Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək.
Tələblər
Mühəndislik, Mexanika və ya bənzər sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
ISO standartları üzrə biliklər (Standartların QC proseslərində tətbiq olunması, prosedur və sənədlərin hazırlanması, keyfiyyət yoxlamalarının aparılması və uyğunluğun təmin edilməsində təcrübə);
Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarığı;
İş proseslərini geniş perspektivdə qiymətləndirmək, problemləri öncədən görmək və qərarların uzunmüddətli nəticələrini nəzərə alaraq planlar hazırlamaq bacarığı;
Daxili komanda və xarici tərəfdaşlarla effektiv yazılı və şifahi ünsiyyət qurmaq, məlumatları aydın şəkildə təqdim etmək və qarşılıqlı anlaşmanı təmin etmək bacarığı.
Necə Müraciət Etmək Olar
Facility Management Group
Other
Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7647
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+