Marketinq üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 20 mart 2026
Təsvir
Əmlak və xidmətlərə aid marketinq kommunikasiya layihələrinin idarə edilməsi;
Əmlak layihələri və xidmətlər üzrə marketinq strategiyaları və fəaliyyət planlarının hazırlanması və icrasında iştirak;
Əmlak bazarı, auditoriya, rəqiblər, tərəfdaşlar və digər əlaqəli sahələr üzrə marketinq araşdırmalarının aparılması və toplanan məlumatların təhlili üzrə təkliflərin verilməsi;
Marketinq sahəsi ilə bağlı yeniliklərin, trendlərin və rəqabət mühitinin izlənilməsi, potensial imkanların təklif edilməsi;
Müvafiq kampaniya və ümumi layihələr ilə bağlı rəqəmsal və ənənəvi kanallar üzrə marketinq kommunikasiya fəaliyyətlərinin təşkili və icrası;
Kampaniyaların, kommunikasiya konseptlərinin və yaradıcı ideyaların hazırlanması, müvafiq tərəflərlə birlikdə işlənməsi və icrası;
Brendlərin vizual və mesaj tonunun bütün kommunikasiya materiallarında qorunmasına nəzarət;
Tədbir, sərgi, təqdimat və brend aktivasiyalarının konseptlərinin hazırlanması və icrası;
Əmlak layihələrinin sahədə monitorinqi, vizual və kommunikasiya ehtiyaclarının müəyyənləşdirilməsi;
Marketinq fəaliyyətlərinin nəticələrinin izlənilməsi və hesabatların hazırlanması;
Kommunikasiya materiallarının hazırlanması zamanı daxili komandalar və xarici tərəfdaşlar/təchizatçıların brifinqi, məluat axınının təmini və gedişatın koordinasiyası;
ERP/CRM və digər şirkətdaxili sistemlərdə proseslərin düzgün icrası.
Tələblər
Ali təhsil
Marketinq sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
Marketinq kommunikasiya layihə idarəçiliyində praktiki təcrübə;
Marketinq kommunikasiyası, brend idarəçiliyi və planlaşdırma üzrə dərin biliklər;
Ənənəvi və Rəqəmsal marketing üzrə bilik və praktiki təcrübə;
Güclü analitik düşüncə və hesabatlılıq bacarığı;
MS Office və Google Workspace bilikləri;
Yüksək təşkilatçılıq, yaradıcı yanaşma və multitasking bacarığı;
Əmlak marketinqi ilə bağlı iş təcrübəsinə üstünlük veriləcək.
Necə Müraciət Etmək Olar
Facility Management Group
Other
Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9287
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+