Qeydiyyatçı (Müvəqqəti əvəzləmə)
Tam Ştat
Orta Səviyyə
500 AZN-dən
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 1 aprel 2026
Təsvir
Şirkətimizin inzibati mərkəzinə müraciət edən qonaqları yüksək peşəkarlıqla qarşılayacaq, gündəlik resepsiyon və ofis idarəçiliyi proseslərini səmərəli şəkildə həyata keçirəcək məsuliyyətli və təşəbbüskar Qeydiyyatçı axtarırıq. Bu rol həm qonaqlarla birbaşa ünsiyyətdə yüksək standartların qorunmasını, həm də ofisdaxili inzibati işlərin operativ və düzgün icrasını nəzərdə tutur.
Ofisə daxil olan qonaqları səmimi və peşəkar şəkildə qarşılamaq, onlara məlumat vermək və müvafiq əməkdaşlara yönləndirmək;
Telefon zənglərini və e‑mailləri vaxtında cavablandırmaq, sorğuları düzgün qiymətləndirərək aidiyyəti bölmələrə yönləndirmək;
Qəbul otağının səliqə və təchizatına nəzarət etmək, zəruri dəftərxana ləvazimatları ilə təminatın fasiləsizliyini qorumaq;
Gün ərzində daxil olan məktubları, sənədləri və bağlamaları qəbul edib qeydiyyata almaq və ünvanlanan şəxslərə çatdırmaq;
Görüş və iclasların təşkilinə dəstək göstərmək, iclas otaqlarının uyğun vəziyyətdə olmasını təmin etmək;
İnzibati tapşırıqları müəyyən olunmuş prosedurlara və keyfiyyət standartlarına uyğun şəkildə icra etmək.
Tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Səlis azərbaycan və rus dili biliyi (ingilis dili biliyi arzu olunandır);
Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
Ofis avadanlıqları ilə praktiki təcrübə;
Yüksək səviyyədə təşkilatçılıq bacarığı;
Effektiv ünsiyyət qurmaq və komanda şəraitində işləmək bacarıqları.
Qeyd: Analıq məzuniyyətində olan əməkdaşı müvəqqəti əvəzləmə.
Necə Müraciət Etmək Olar
Facility Management Group
Other
Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10238
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+