Keyfiyyətə Nəzarət üzrə Mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 19 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Yerinə yetirilmiş işlərin keyfiyyətinə mövcud norma və standartlara uyğun şəkildə nəzarət edilməsi;
Geoloji, beton və digər müvafiq laboratoriyalarla əlaqələrin qurulması və işlərin koordinasiyası;
İş proseslərinin və daxili təlimatların normativ sənədlərin tələblərinə uyğun icrasına nəzarət;
Layihə üzrə keyfiyyət risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi;
Uyğunsuzluqların (NCR) müəyyən edilməsi, qeydiyyatı və düzəldici/preventiv tədbirlərin icrasına nəzarət;
Layihə üzrə istifadə olunan materialların keyfiyyət göstəricilərinin yoxlanılması, sertifikat və uyğunluq sənədlərinin təhlili və təsdiqi;
Materialların layihə sənədlərinə, texniki şərtlərə və normativ tələblərə uyğunluğunun təmin edilməsi;
Gizli işlərin aktlaşdırılması prosesində iştirak və müvafiq sənədlərin təsdiqi;
Beton tökmə, armatur quraşdırılması, qəlib işləri, hidroizolyasiya və digər konstruktiv işlərə mərhələli nəzarət;
Topoqrafik ölçmələrin və icra sxemlərinin yoxlanılması;
Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə nəzarət.
Tələblər
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Müvafiq ixtisas üzrə ali təhsil;
Kompüter bilikləri: MS Office (Excel, Outlook, Word), AutoCAD;
Dil bilikləri: Rus dili və İngilis dili;
Tikinti norma və standartlarını (SNİP, GOST, ISO və s.) yaxşı bilməli;
Keyfiyyətə nəzarət prosedurlarını və sənədləşməni bilməli;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Yüksək məsuliyyət və prinsipiallıq;
İşgüzar ünsiyyət və komandada işləmə bacarığı.
Təminatlar:
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunur;
İş qrafiki: 5/2, 09:00–18:00;
İş yerinə Koroğlu metrostansiyası-ndan nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə;
Endirimli tibbi xidmət.
Maraqlanan namizədlərdən CV-lərini müraciət etdikləri vəzifənin adını “Mövzu” bölməsində qeyd etməklə göstərilənelektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Sea Breeze Resort & Residences
Other
Sea Breeze Resort & Residences — Xəzər dənizi sahilində yerləşən, Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə olan müasir kurort və yaşayış kompleksidir. Layihə istirahət və yaşamı birləşdirən konsept üzərində qurulub və geniş qumlu çimərlik, hotellər və müxtəlif növ daşınmaz əmlak seçimləri ilə seçilir. Kompleks ərazisində restoranlar, SPA və fitnes mərkəzləri kimi istirahət xidmətləri də mövcuddur. Sea Breeze eyni zamanda Agalarov Development şirkətinin flaqman layihəsi kimi təqdim olunur və geniş ərazidə qurulan premium infrastrukturla həm sakinlərə, həm də ziyarətçilərə ilboyu rahatlıq təmin etməyi hədəfləyir. Burada 24/7 marketlər, tibb və Anti-Aging mərkəzi, məktəb və uşaq bağçası, delivery xidmətləri, eləcə də yaxta və qayıqlar üçün körpü kimi imkanlar mövcuddur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9242
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+