Texniki Nəzarət üzrə Mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 19 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Təhkim olunduğu obyektlər üzrə texniki nəzarətin həyata keçirilməsi;
Hər ay yerinə yetirilmiş iş həcmlərinin yerində yoxlanılması (Forma 2, Forma 3, xərc analizi);
Görülmüş işlər üzrə hesabatların aparılması və texniki sənədləşmənin tərtib edilməsi;
Nəzarət nəticələri üzrə qeydlərin aparılması;
Aşkarlanmış uyğunsuzluqlar barədə hesabatların hazırlanması;
Layihələrin icrası zamanı yaranan çətinlik və gecikmələrin (keyfiyyətin aşağı düşməsi və s.) səbəblərinin, həmçinin obyektlərin istismarı ilə bağlı məlumatların təhlili;
Başa çatmış tikinti-montaj işlərinin qeydiyyatının aparılması;
Ümumi tikinti planının icrası ilə bağlı hesabat üçün zəruri məlumatların hazırlanması;
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
Tikinti obyektlərinin qəbul və istismara verilməsi prosesində komissiya tərkibində iştirak.
Tələblər
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Müvafiq ixtisas üzrə ali təhsil;
Kompüter bilikləri: MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD;
Dil bilikləri: Rus dili və İngilis dili;
Tikinti norma və standartlarını (SNİP, GOST, ISO və s.) yaxşı bilməli;
Layihə-smeta sənədlərini oxumaq və təhlil etmək bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və operativ qərarvermə bacarığı;
Analitik düşünmə və yüksək məsuliyyətlilik;
Konfidensiallığın qorunması;
İşgüzar ünsiyyət və komandada işləmə bacarığı.
Təminatlar:
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunur;
İş qrafiki: 5/2, 09:00–18:00;
İş yerinə Koroğlu metrostansiyası-ndan nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə;
Endirimli tibbi xidmət.
Maraqlanan namizədlərdən CV-lərini müraciət etdikləri vəzifənin adını “Mövzu” bölməsində qeyd etməklə göstərilənelektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Sea Breeze Resort & Residences
Other
Sea Breeze Resort & Residences — Xəzər dənizi sahilində yerləşən, Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə olan müasir kurort və yaşayış kompleksidir. Layihə istirahət və yaşamı birləşdirən konsept üzərində qurulub və geniş qumlu çimərlik, hotellər və müxtəlif növ daşınmaz əmlak seçimləri ilə seçilir. Kompleks ərazisində restoranlar, SPA və fitnes mərkəzləri kimi istirahət xidmətləri də mövcuddur. Sea Breeze eyni zamanda Agalarov Development şirkətinin flaqman layihəsi kimi təqdim olunur və geniş ərazidə qurulan premium infrastrukturla həm sakinlərə, həm də ziyarətçilərə ilboyu rahatlıq təmin etməyi hədəfləyir. Burada 24/7 marketlər, tibb və Anti-Aging mərkəzi, məktəb və uşaq bağçası, delivery xidmətləri, eləcə də yaxta və qayıqlar üçün körpü kimi imkanlar mövcuddur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9245
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+