Lahiyələr üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 3 aprel 2026
Təsvir
Struktur bölmə: Tender şöbəsi
Departament: Tikinti və planlama
Vəzifənin məqsədi:
Layihələrin planlaşdırılması, icrasının koordinasiyası və monitorinqinin həyata keçirilməsi, maraqlı tərəflərlə effektiv kommunikasiya və layihə sənədlərinin düzgün idarə olunmasının təmin edilməsi.
Vəzifə öhdəlikləri:
Layihələrin icra prosesinin monitorinqi və maraqlı tərəflər üçün status hesabatlarının hazırlanması;
Layihənin gedişatının idarə olunması və tələb olunduqda plana uyğun dəyişikliklərin edilməsi;
Resurs planlamasında iştirak və komanda üzvlərinin zəruri resurslarla təmin edilməsinə dəstək;
Maraqlı tərəflərlə görüşlərin təşkili və layihənin həyat dövrü ərzində effektiv kommunikasiya mühitinin təmin edilməsi;
Rəhbərliyin göstərişi əsasında layihə planı, əhatə dairəsi və digər layihə idarəetmə sənədlərinin hazırlanması və idarə olunması;
Tapşırıqların qeydiyyatı və izlənməsi üçün onlayn sistemlərdə işləmək;
Görülən işlərin uçotunun aparılması və rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər
Ali təhsil (Layihələrin idarə olunması, menecment, inşaat mühəndisliyi, memarlıq və ya uyğun sahə üzrə);
Müvafiq sahədə minimum 1–3 il iş təcrübəsi;
Analitik düşüncə və inkişaf etmiş məntiqi təfəkkür;
Mühəndis proqramlarından istifadə bacarığı;
MS Office proqramlarında yüksək səviyyədə bilik;
Azərbaycan, Rus və İngilis dillərini mükəmməl səviyyədə bilmə;
Ünsiyyətcillik, punktuallıq, məsuliyyətlilik və stressə davamlılıq;
Müstəqil və komandada işləmək bacarığı;
Öyrənməyə və peşəkar inkişafa meyllilik;
PMP və/və ya PMI sertifikatlarının olması üstünlükdür.
Əlavə məlumat:
İş vaxtı: Bazar ertəsi – Cümə;
Nahar və nəqliyyat xidməti təmin olunur;
Könüllü tibbi siğorta;
Uğurlu namizədin əmək haqqı tələbi nəzərə alınacaq.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi göstərilən elektron poçt ünvanına göndərin.
Necə Müraciət Etmək Olar
Sea Breeze Resort & Residences
Other
Sea Breeze Resort & Residences — Xəzər dənizi sahilində yerləşən, Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə olan müasir kurort və yaşayış kompleksidir. Layihə istirahət və yaşamı birləşdirən konsept üzərində qurulub və geniş qumlu çimərlik, hotellər və müxtəlif növ daşınmaz əmlak seçimləri ilə seçilir. Kompleks ərazisində restoranlar, SPA və fitnes mərkəzləri kimi istirahət xidmətləri də mövcuddur. Sea Breeze eyni zamanda Agalarov Development şirkətinin flaqman layihəsi kimi təqdim olunur və geniş ərazidə qurulan premium infrastrukturla həm sakinlərə, həm də ziyarətçilərə ilboyu rahatlıq təmin etməyi hədəfləyir. Burada 24/7 marketlər, tibb və Anti-Aging mərkəzi, məktəb və uşaq bağçası, delivery xidmətləri, eləcə də yaxta və qayıqlar üçün körpü kimi imkanlar mövcuddur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10356
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+