Keyfiyyətə nəzarət üzrə Aparıcı Mütəxəssis (Etiket və Müqavilələrin Yoxlanılması üzrə)
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 16 fevral 2026
Son Tarix: 15 mart 2026
Təsvir
Müqavilə şərtlərinə uyğun olaraq keyfiyyət tələblərini yoxlamaq
Şəxsi və qeyri-şəxsi marka məhsullarının tanıtımı zamanı tələb olunan sənədləri incələmək
Şəxsi marka məhsulları üzrə spesifikasiyaların hazırlanmaq və təmin etmək
Şəxsi marka və idxal məhsullarının etiket məlumatlarının hazırlanmasına nəzarət etmək
Məhsulların markalanma və qablaşdırma standartlarına uyğunluğunu yoxlanılmaq və zəruri dəyişiklikləri etmək
Laborator analizlərin sifariş etmək, nəticələrin əldə etmək və təhlili etmək
Audit sonrası tədarükçü müəssisələrdə düzəldici fəaliyyət planlarının icrasına nəzarət etmək
İstehsal xətaları ilə bağlı müştəri şikayətlərini araşdırmaq
Uyğunsuzluqların kök səbəbinin müəyyən etmək və düzəldici/düzəltmə tədbirlərini həyata keçirmək
Tələblər
Ali təhsil (Qida mühəndisliyi, Kimya, Biologiya, Standartlaşdırma və ya digər uyğun ixtisas üzrə)
Keyfiyyətə nəzarət və ya keyfiyyət təminatı sahəsində minimum 2 il iş təcrübəsi
Qida təhlükəsizliyi və keyfiyyət idarəetmə sistemləri üzrə biliklər (məsələn, ISO standartları, HACCP prinsipləri)
Məhsulların etiketlənməsi və markalanması üzrə normativ-hüquqi tələbləri bilmə
Laborator analiz nəticələrini oxumaq, təhlil etmək və hesabatlaşdırmaq bacarığı
MS Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmək bacarığı
Rus və ingilis dillərini bilmək üstünlükdür
Şəxsi avtomobilin olması üstünlükdür
Necə Müraciət Etmək Olar
OBA Market MMC
Retail
OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8948
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+