Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Digər xidmət işləri

Keyfiyyətə Nəzarət Şöbəsinin İnspektoru (Biləsuvar)

Keyfiyyətə Nəzarət Şöbəsinin İnspektoru (Biləsuvar)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 3 may 2026

Təsvir

Talep No: 31052

Müəssisə: Qafqaz Konserv Zavodu MMC

Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

Tələblər

  • Aidiyyəti sahə üzrə ali təhsil (Kimya, Qida mühəndisliyi və ya digər uyğun ixtisaslar üzrə bakalavr və ya magistr dərəcəsi);

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

  • Kimya sahəsi üzrə əsas biliklər;

  • Analitik düşünmə və problem həll etmə bacarığı;

  • Diqqətlilik və məsuliyyətlilik;

  • Rus və ingilis dili bilikləri (üstünlükdür);

  • MS Office proqramlarında işləmə bacarığı (üstünlükdür).

Vəzifə öhdəlikləri:

  • Laboratoriyaya daxil olan nümunələr üzərində iş təlimatlarına uyğun analizlər aparmaq;

  • Yerli və beynəlxalq standartlara uyğun laborator analizlərini icra etmək;

  • Analiz nəticələrini müvafiq formalar və ya proqramlar üzərindən qeyd etmək və lazım gəldikdə aidiyyəti şəxslərə təqdim etmək;

  • Laboratoriyada istifadə olunan məhlul və qarışıqları düzgün şəkildə hazırlamaq;

  • İş zamanı fərdi mühafizə vasitələrindən istifadə etmək və təhlükəsizlik qaydalarına riayət etmək;

  • Laboratoriya avadanlıqlarını, cihazları və iş mühitini təmiz və işlək vəziyyətdə saxlamaq.

İş şərtləri:

  • İş ünvanı: Biləsuvar rayonu

  • İş qrafiki: Növbəli

  • Nahar şirkət tərəfindən təmin edilir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizicv@azersun.com elektron poçtuna göndərə bilər və ya qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə Nəzarət Şöbəsinin İnspektoru - 31052**”** qeyd etməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Azersun Holding

Azersun Holding

Other

Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12496

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Beynəlxalq Əlaqələr və Ticarətin Maliyyələşdirilməsi üzrə Mütəxəssis

Tam Ştat

Talep No: 31407 **Müəssisə:**AZ SƏNAYE BANKI ASC Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır. Vəzifə üzrə tələblər: Ali təhsil (Ali təhsil (Hüquqi, İqtisadi, Beynəlxalq Əlaqələr və ya Texniki) Əlaqədar sahə üzrə 2 il iş təcrübəsi Azərbaycan, ingilis və rus dilləri (digər dil biliklərinin olması üstünlük təşkil edir); Microsoft Office proqramları, ABS (avtomatlaşdırılmış bank sistemi), SWIFT; Tələb olunan xarici dillərdə qaydaları anlamaq qabiliyyəti, bilgiləri inkişaf etmək, işgüzar yazışma aparmaq qabiliyyəti, analitik düşünmə, işə həvəsli, diqqətli olmaq, iyi niyyətli, mədəni, etibarlı olmaq, işini sərbəst və düşünülmüş qaydada aparmaq, işi komanda şəklində təşkil etmək qabiliyyəti, diplomatik olmaq. Vəzifə öhdəlikləri: Beynəlxalq Ticarət Palatalarının sənədli əməliyyatlar üzrə qayda va standartlarını izləmək və öyrənmək; Xarici və yerli İdxal və İxrac akkreditiv və qarantiyalar əməliyyatlarını icra etmək (açılma, avizolama, ödəniş sənədlərin yoxlanılması, sənədləşmə, ödəniş, bağlanma, xidmət haqqıların tutulması, mətni analiz etmək, ödəniş sənədlərinin, tələbin hazırlanmasında müştəriyə dəstək, sorğu göndərmək, sorğuları cavablandırmaq, digər əməliyyatlar), əməliyyatları analiz etmək, bankdaxili yetkilərə əsasən SWIFT-də əməliyyatları yığmaq (creation, modification); İdxal/ixrac layihələrində müqavilə tərtib olunma zamanı sənədli əməliyyatların strukturasını müəyyən etməkdə müştərilərə dəstək vermək, digər banklarla əməliyyatın keçirilməsini razılaşdırmaq; Sənədli əməliyyatlar üzrə hesabatları hazırlamaq; Mövcud və yeni rezident və qeyri-rezident banklarla, beynəlxalq maliyyə instituları ilə əməkdaşlıqla əlaqədar danışıqlar aparılması, xidmət və məhsullarından faydalanması üçün qarşı tərəflə əlaqələri davam etdirməsi və işləri aidiyyatına görə əlaqədar strukturlara ötürməsi; Nostro müxbir hesablar üzrə tələb olunan sənədləri vaxtında təqdim etmək, bunun üçün sənədləri aidiyyatı struktur bölmələrindən yığmaq, müqavilə layihələrini və tarif dərəcələrini analiz etmək; Müxbir əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə digər maliyyə qurumlarını araşdırmaq, araşdırma nəticələrinə əsaslanaraq təkliflər irəli sürmək; Loro müxbir hesabların açılması, aparılması və bağlanılması üzrə tapşırılan işləri icra etmək; Müxbir hesablar üzrə audit sorğuları göndərmək və cavablandırmaq; Müxbir münasibətlər üçün lazımı sənədləri müəyyən tanınmış məlumat resurslarında nəşr açıqlaması üçün onlarla sənədləşmə işinin aparmaq (SWIFT KYC, LexisNexis Bankers Almanac və s.) məlumatları vaxtında təmin etmək; Biz nə təklif edirik? İş yeri: Dreamland Baku İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00 Nahar: Şirkət tərəfindən təmin olunur Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun, rəqabətqabiliyyətli Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz və ya qeyd olunan linkə daxil olub hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Beynəlxalq Əlaqələr və Ticarətin Maliyyələşdirilməsi üzrə Mütəxəssis – 31407” qeyd etməyiniz xahiş olunur.