İT üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 3 iyun 2026
Təsvir
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və İT üzrə mütəxəssisvakansiyasını paylaşır.
İş şəraiti:
Məkan: Xankəndi şəhəri
İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Cümə)
Tələblər
İT və ya müvafiq texniki sahə üzrə ali təhsil
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
Azərbaycan dilini səlis, İngilis dilini isə yaxşı səviyyədə bilmək
CompTIA A+, Microsoft MCSA / MD-100, ITIL Foundation və ya oxşar İT sertifikatlarına sahib olmaq
İT avadanlıqlarında ilkin diaqnostika və nasazlıqların aradan qaldırılması bacarığı
Remote support alətləri (TeamViewer, AnyDesk və s.) ilə işləmək bacarığı
Microsoft 365 (Teams, Outlook, SharePoint) platformasının idarə edilməsi üzrə biliklər
Şəbəkə əsasları üzrə biliklər (TCP/IP, DNS, DHCP, VPN, Wi-Fi)
Active Directory üzərində istifadəçi hesablarının yaradılması və idarə edilməsi bacarığı
Texniki problemləri operativ və müstəqil şəkildə həll etmək bacarığı
Analitik düşünmə və məsuliyyətli yanaşma
Öhdəliklər:
İT sahəsi üzrə gündəlik texniki dəstək xidmətlərini müstəqil şəkildə həyata keçirmək
Kompüter avadanlıqları, şəbəkə və proqram təminatının fasiləsiz işləməsinə nəzarət etmək
İT infrastrukturun düzgün və təhlükəsiz fəaliyyətini təmin etmək
Sistemlərin quraşdırılması, yenilənməsi və texniki baxışını yerinə yetirmək
İstifadəçilərə texniki dəstək göstərmək və yaranan problemləri operativ şəkildə həll etmək
Proqram təminatının düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aradan qaldırmaq
Şəbəkə və serverlərin stabil fəaliyyətini təmin etmək
İnformasiya təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək
Məlumatların ehtiyat nüsxələrinin (backup) hazırlanmasını və qorunmasını həyata keçirmək
İT avadanlıqlarının qeydiyyatını və texniki vəziyyətinə nəzarəti aparmaq
İstifadəçilərin sistem və proqramlardan düzgün istifadəsi üzrə dəstək göstərmək
Fövqəladə texniki problemlərə operativ müdaxilə etmək
Rəhbərliyə İT sistemlərin vəziyyəti barədə məlumat vermək və hesabat hazırlamaq
Avadanlıq və proqram təminatının təhlükəsiz istismar qaydalarına riayət olunmasını təmin etmək
Biz təklif edirik:
Rəqabətədavamlı xalis əməkhaqqı
Məktəbin yeməkxanasında nahar imkanı
Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, qeyd olunan elektron poçt ünvanına CV formalarını “İT üzrə mütəxəssis, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.
Necə Müraciət Etmək Olar
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Education
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Azərbaycanda fəaliyyət göstərən nüfuzlu özəl təhsil müəssisələrindən biridir və şagirdlərə müasir, beynəlxalq standartlara uyğun təhsil təqdim edir. Kompleks məktəbəqədər hazırlıqdan başlayaraq ümumi orta və tam orta təhsil pillələrini əhatə edir və tədris prosesində innovativ metodlardan, müasir texnologiyalardan və çoxdilli yanaşmadan istifadə edir. Təhsil kompleksi fəaliyyətində keyfiyyətli təhsil, vətənpərvərlik, intellektual inkişaf və fərdi yanaşma prinsiplərini əsas tutur. Burada şagirdlərin akademik bilikləri ilə yanaşı yaradıcı düşünmə, liderlik və sosial bacarıqlarının inkişafına da xüsusi önəm verilir. Müasir infrastruktur, peşəkar müəllim heyəti və beynəlxalq yönümlü proqramlar sayəsində kompleks ölkənin qabaqcıl təhsil müəssisələrindən biri kimi tanınır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17950
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500