İT mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 15 iyun 2026
Təsvir
IT dəstək, sistem və ya şəbəkə sahəsində ən azı 2 il təcrübə;
Şəbəkə avadanlıqları (MikroTik, Cisco, Ubiquiti və s.) ilə işləmə bacarığı;
Access control sistemləri üzrə bilik və təcrübə;
Windows Server, Active Directory ilə işləmə təcrübəsi;
İnformasiya təhlükəsizliyi bilikləri (Firewall, VPN, antivirus).
Vəzifə öhdəlikləri:
IP-telefonları idarə etmək;
VoIP xidmətləri və sistemlərini sazlamaq;
Kompüterlərin təmiri proqramlarını yazmaq;
Şəbəkə strukturunun və kompüterlərin daxili qurğularının işləmə prinsiplərini bilmək;
Yeni texnologiyaları öyrənmək və tətbiq etmək.
İş şəraiti:
6 günlük iş qrafiki (şənbə yarım iş günü);
Bakı, Hüseynbala Əliyev 15;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İT mütəxəssis” üzrə yazmaqla qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Kristal
Other
Kristal Abşeron Azərbaycanda fəaliyyət göstərən aparıcı tikinti və daşınmaz əmlak şirkətlərindən biridir. Şirkət əsasən Bakı və ətraf ərazilərdə müasir yaşayış komplekslərinin tikintisi ilə məşğuldur və uzun illərdir keyfiyyətli, rahat və əlçatan mənzil layihələri təqdim edir. “Kristal Abşeron” yaşayış kompleksləri müasir memarlıq, inkişaf etmiş infrastruktur və ailə yönümlü yaşayış konsepti ilə seçilir. Şirkət fəaliyyətində keyfiyyət, etibarlılıq və müştəri məmnuniyyəti prinsiplərini əsas tutur. Kristal Abşeron layihələrində məktəb, bağça, park, ticarət obyektləri və istirahət zonaları kimi sosial infrastruktura xüsusi önəm verir. Şirkət müasir tikinti texnologiyalarını tətbiq etməklə şəhərsalma və yaşayış standartlarının inkişafına töhfə verməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18063
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200