İT idarəçiliyi üzrə mütəxəssis (IT Governance)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 24 may 2026
Təsvir
İT xidmətlərinin idarəedilməsi üzrə siyasət, prosedur, təlimat və metodologiyaların tətbiqi və davamlı təkmilləşdirilməsini təmin etmək;
Biznes proseslərə əsaslanaraq informasiya və iş axınını müəyyənləşdirmək, beləliklə İT proseslərinin təsnifatını (process statement) və blok sxemləri tərtib etmək;
Korporativ dəyərlərə əsasən prosedurların icrası üzrə nəzarəti təşkil etmək, biznes hədəflərinə uyğunluğunu təmin etmək;
İT xidmət, proses və digər komponentlər üzrə audit və yoxlanışlar etmək, nöqsanları və tövsiyələri müəyyənləşdirmək;
Risk, insident və uyğunsuzluqlar üzrə korrektiv və preventiv tədbirlər planını (Corrective Action Plan) hazırlamaq, icrasına nəzarət etmək və proseslərin optimallaşdırılmasını təmin etmək;
Requlyativ tələblərə əsasən üzrə IT siyasət və prosedurların təkmilləşdirilməsi və monitorinqini həyata keçirmək.
Tələblər
Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə ali;
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il;
İngilis və Rus dilləri üzrə yaxşı səviyyədə biliklər;
Azərbaycan Respublikasının qanunvericiliyi, İSO27001, İTİL4, COBİT kimi beynəlxalq standart və praktikalar ilə iş təcrübəsi;
Layihə idarəetmə platformaları (Jira, Confluence və s.) üzrə sərbəst işləmə bacarığı;
Agile metodologiyaları və onun çərçivələri (Scrum, Kanban və s.), həmçinin Waterfall layihə idarəetmə yanaşmaları üzrə biliklər;
Rəqəmsal texnologiyalar və müasir trendlər, o cümlədən veb həllər, mobil tətbiqlər, sosial media və analitika sahəsində anlayışlılıq;
Analitik düşüncə, detallara qarşı diqqətlilik, güclü ünsiyyət və koordinasiya bacarığı.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16731
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+