Ana Səhifə
Vakansiyalar
Tikinti və İnşaat
SƏTƏM (HSE)

SƏTƏMM üzrə mütəxəssis (Gəncə)

SƏTƏMM üzrə mütəxəssis (Gəncə)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 22 may 2026

Təsvir

  • İş rejimi: 5 günlük iş həftəsi 09:00-18:00

  • Əmək şəraiti: açıq və qapalı məkan

  • SƏTƏMM sahəsi üzrə texniki monitorinqlər keçirmək və işlərin icrasını araşdırmaq

  • Sənədləşdirməni təmin etmək və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər görmək

  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyinə nəzarət etmək

  • Sanitariya, ekologiya və ətraf mühitin mühafizəsinə riayət olunmasını təmin etmək

  • Əmək şəraitinin yaxşılaşdırılması və əməyin təhlükəsizliyi üzrə struktur qurum və bölmələrin fəaliyyətini əlaqələndirmək

  • Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində təlimlər təşkil etmək və əmək kollektivini maarifləndirmək

  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işçi heyətinin əməyin mühafizəsi və təhlükəsizlik texnikasına riayət etməsini nəzarət etmək

  • SƏTƏMM sahəsində monitorinqlər keçirmək və çatışmazlıqları aradan qaldırmaq

  • Mülki müdafiə tədbirlərinin planlaşdırılması və fövqəladə halların qarşısının alınması üzrə tədbirləri təşkil etmək

  • Hesabatların hazırlanması və qeydiyyatını təşkil etmək

  • ADY daxili və xarici ezamiyyələr.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə)

  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi arzu olunandır

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər

  • Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər

  • Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər

  • Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair biliklər

  • Xarici dil: İngilis/Rus dili - orta

  • MS Office - yaxşı

  • Nəticəyönümlülük

  • Risklərin idarə edilməsi

  • Diqqətlilik.

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16733

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Vağzal rəisinin müavini ( Gəncə vağzalı)

Tam Ştat

Vağzalın bütün sahələrinin işini koordinasiya edilməsində iştirak etmək; Sərnişinlərin rahatlığının və sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və keyfiyyətcə yaxşılaşdırılması, Sərnişinlərə göstərilən xidmət sferasının genişləndirilməsi üçün tədbirlər görmək, sərnişin axınını və vağzalın sahələrinin fəaliyyətini analiz etmək; Qabaqcıl iş metodlarının tətbiq olunması; Bilet satışının təşkilinin, saxlama dolablarının işinin, məlumat-informasiya xidmətlərinin yeni texnika və texnologiyanın tətbiq edilməsi ilə təkmilləşdirilməsini təmin etmək; Stansiya sahələrinin və maliyyə-təsərrüfat fəaliyyətinin təhlil olunmasında və qiymətləndirilməsində iştirak etmək; Vağzal təsərrüfatının yay mövsümü dövründə artan sərnişin axınının daşınmasının və qış mövsümündə normal işləməsinin təmin edilməsi üçün tədbirlər hazırlamaq və onun yerinə yetirilməsinə nəzarət etmək; İşçilərin növbə qrafikini müəyyən etmək,növbə və sahələrin iş həcminə uyğun olaraq sutkanın saatlarına və həftənin günlərinə uyğun iş rejimini müəyyən etmək, vağzal təsərrüfatı işçilərinin iş və istirahət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görmək; Ərazinin, kassa və gözləmə zallarının, otaqların və xidməti sahələrin, inventar və avadanlıqların təmiz və saz vəziyyətdə saxlanılmasını təşkil etmək və nəzarətdə saxlamaq; Vağzalın fəaliyyəti barədə istehsalat və maliyyə hesabatlarının müəyyən olunmuş qaydada aparılmasına və tərtib olunmasına nəzarət etmək; İşçilərin iş vaxtı təhlükəsizlik tədbirlərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrinə nəzarət etmək; ADY daxili və xarici ezamiyyələr.