Vağzal rəisinin müavini ( Gəncə vağzalı)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 25 may 2026
Təsvir
Vağzalın bütün sahələrinin işini koordinasiya edilməsində iştirak etmək;
Sərnişinlərin rahatlığının və sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və keyfiyyətcə yaxşılaşdırılması,
Sərnişinlərə göstərilən xidmət sferasının genişləndirilməsi üçün tədbirlər görmək, sərnişin axınını və vağzalın sahələrinin fəaliyyətini analiz etmək;
Qabaqcıl iş metodlarının tətbiq olunması;
Bilet satışının təşkilinin, saxlama dolablarının işinin, məlumat-informasiya xidmətlərinin yeni texnika və texnologiyanın tətbiq edilməsi ilə təkmilləşdirilməsini təmin etmək;
Stansiya sahələrinin və maliyyə-təsərrüfat fəaliyyətinin təhlil olunmasında və qiymətləndirilməsində iştirak etmək;
Vağzal təsərrüfatının yay mövsümü dövründə artan sərnişin axınının daşınmasının və qış mövsümündə normal işləməsinin təmin edilməsi üçün tədbirlər hazırlamaq və onun yerinə yetirilməsinə nəzarət etmək;
İşçilərin növbə qrafikini müəyyən etmək,növbə və sahələrin iş həcminə uyğun olaraq sutkanın saatlarına və həftənin günlərinə uyğun iş rejimini müəyyən etmək, vağzal təsərrüfatı işçilərinin iş və istirahət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görmək;
Ərazinin, kassa və gözləmə zallarının, otaqların və xidməti sahələrin, inventar və avadanlıqların təmiz və saz vəziyyətdə saxlanılmasını təşkil etmək və nəzarətdə saxlamaq;
Vağzalın fəaliyyəti barədə istehsalat və maliyyə hesabatlarının müəyyən olunmuş qaydada aparılmasına və tərtib olunmasına nəzarət etmək;
İşçilərin iş vaxtı təhlükəsizlik tədbirlərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrinə nəzarət etmək;
ADY daxili və xarici ezamiyyələr.
Tələblər
Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi üzrə biliklər;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası qayda və normaları, yanğın təhlükəsizliyi qaydalarına dair biliklər üzrə biliklər;
İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması qaydalarına dair biliklər;
Xarici dil: İngilis/Rus dili - orta;
MS Office - yaxşı;
Təşkilatçılıq;
Resursların idarə edilməsi;
Problem həlletmə.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16735
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+