Ana Səhifə
Vakansiyalar

İstehsalat və İdarəetmə Rəhbəri

İstehsalat və İdarəetmə Rəhbəri

Tam Ştat

Orta Səviyyə

2.500 AZN-dən

Yerləşdirilib 14 may 2026

Son Tarix: 13 iyun 2026

Təsvir

“ALCO” MMC istehsalat proseslərinin idarə olunması, əməliyyat fəaliyyətinin koordinasiyası və müəssisənin davamlı inkişafının təmin edilməsi məqsədilə peşəkar “İstehsalat və İdarəetmə Rəhbəri” axtarır.

Namizəd istehsalat sahələrinin effektiv idarə olunması, resursların düzgün planlaşdırılması və istehsal səmərəliliyinin artırılması istiqamətində həm strateji, həm də əməliyyat səviyyəsində aktiv rol almalıdır.

Əsas vəzifə öhdəlikləri

  • Müəssisənin istehsalat sahələrinin fəaliyyətini idarə və koordinasiya etmək;

  • İstehsal planlarının hazırlanmasına və icrasına nəzarət etmək;

  • İstehsal proseslərinin fasiləsiz, təhlükəsiz və səmərəli təşkilini təmin etmək;

  • Resurslardan (xammal, avadanlıq, enerji və insan resursları) səmərəli istifadəni təşkil etmək;

  • İstehsalat üzrə əməliyyat risklərini müəyyən etmək və qarşısının alınması üçün tədbirlər görmək;

  • Lean Manufacturing, Kaizen, 5S və TPM kimi idarəetmə metodlarının tətbiqinə rəhbərlik etmək;

  • İstehsal itkilərinin və əlavə xərclərin minimuma endirilməsi istiqamətində tədbirlər həyata keçirmək;

  • Şöbə rəhbərləri və istehsalat sahələri arasında effektiv koordinasiya yaratmaq;

  • İşçi heyətinin idarə olunması, motivasiyası və performans qiymətləndirilməsini həyata keçirmək;

  • Məhsul keyfiyyət standartlarına və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;

  • KPI göstəricilərinin hazırlanması, istehsalat nəticələrinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsini təmin etmək;

  • ERP və digər idarəetmə sistemləri üzərindən məlumatların təhlilini aparmaq.

Tələblər

  • Ali təhsil (Sənaye mühəndisliyi, mexanika, texnologiya, proses mühəndisliyi və ya uyğun sahə üzrə).

İş təcrübəsi

  • İstehsalat sahəsində minimum 5 il iş təcrübəsi;

  • Rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;

  • Böyük istehsalat müəssisələrində işləmə təcrübəsi üstünlük hesab olunur.

Peşəkar bilik və bacarıqlar

  • İstehsal idarəçiliyi və əməliyyat prosesləri üzrə bilik;

  • Planlama və strateji idarəetmə bacarıqları;

  • Lean Manufacturing, Kaizen, 5S və TPM üzrə biliklər;

  • ERP sistemləri ilə işləmə təcrübəsi;

  • MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək;

  • Analitik düşünmə və hesabat hazırlama bacarığı;

  • Layihələrin idarə olunması və texniki sənədlərlə işləmə bacarığı;

  • Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində işgüzar ünsiyyət bacarığı.

Şəxsi keyfiyyətlər

  • Güclü liderlik və idarəetmə bacarığı;

  • Operativ qərarvermə və problem həll etmə bacarığı;

  • Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti;

  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma;

  • Komanda ilə işləmək və motivasiya etmə bacarığı.

İş şəraiti

  • İş rejimi: Tam ştat, çevik idarəetmə qrafiki;

  • İş yeri: Sumqayıt;

  • Əmək haqqı: Net 2500 AZN;

  • Nahar şirkət tərəfindən təmin olunur.

Şirkət tərəfindən təklif olunur

  • Stabil və uzunmüddətli əməkdaşlıq imkanı;

  • Müasir istehsalat mühitində işləmək imkanı;

  • Peşəkar və dinamik komanda mühiti;

  • Karyera və peşəkar inkişaf perspektivi;

  • Motivasiyaedici əmək şəraiti və bonus sistemi

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16030

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Laboratoriya müdiri

Tam Ştat

İş şəraiti İş yeri: Sumqayıt İş rejimi: Tam iş günü: Əmək haqqı: 2750 AZN (gross) Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi KPI əsaslı bonus və mükafatlandırma sistemi Nahar təminatı Təlim və inkişaf proqramlarında iştirak imkanı Vəzifənin əsas məqsədi: Laboratoriyanın fəaliyyətini effektiv və dəqiq şəkildə təşkil etmək, beynəlxalq standartlara uyğun keyfiyyətə nəzarət sistemini təmin etmək və aparılan analizlərin etibarlılığını yüksək səviyyədə qorumaq. Əsas vəzifə öhdəlikləri: Laboratoriyanın gündəlik fəaliyyətinin planlaşdırılması, təşkili və idarə olunması Fiziki, kimyəvi və mikrobioloji analizlərin vaxtında və düzgün aparılmasına nəzarət Keyfiyyət idarəetmə sistemlərinin (ISO 9001, ISO 17025 və s.) tətbiqi və davamlı inkişafı Analiz metodlarının validasiya və verifikasiya proseslərinə rəhbərlik Laboratoriya avadanlıqlarının düzgün istifadəsi, kalibrlənməsi və texniki vəziyyətinə nəzarət Yeni texnologiya və metodların tətbiqi ilə bağlı təşəbbüslərin irəli sürülməsi Komanda üzvlərinin iş bölgüsünün təşkil edilməsi və performansının qiymətləndirilməsi İşçi heyət üçün texniki təlimlərin təşkili və bilik səviyyəsinin artırılması Daxili və xarici auditlərin uğurla keçirilməsinin təmin edilməsi Uyğunsuzluqların araşdırılması, səbəblərin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi Əməyin mühafizəsi, təhlükəsizlik və gigiyena qaydalarına riayət olunmasına nəzarət Aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması Digər şöbələrlə (istehsalat, keyfiyyət, təchizat və s.) koordinasiyalı işin qurulması