İstehsal sahəsində fəaliyyət göstərən şirkət komandamıza peşəkar, məsuliyyətli və nəticəyönümlü Mühasib tələb olunur!
İş şəraiti
Fəaliyyət sahəsi - İstehsal
İş yeri - Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ev 3
İş qrafiki - Tam ştat, 5 günlük iş rejimi (09:00-18:00)
Əmək haqqı - 1550 AZN və nəticələrə əsasən artım imkanı
Vəzifə öhdəlikləri
Bu vəzifədə namizəd mühasibat uçotunun qanunvericiliyə uyğun təşkili və aparılmasına, gündəlik maliyyə əməliyyatlarının - gəlir, xərc, bank və kassa hərəkətlərinin uçotuna, elektron qaimə-faktura, hesab-faktura və müqavilələrin sistemli qeydiyyatına cavabdeh olacaq.
Eyni zamanda bank əməliyyatlarının icrası, ödəniş tapşırıqlarının hazırlanması, əmək haqqı, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması, DSMF, işsizlik sığortası, icbari tibbi sığorta, vergi və statistika hesabatlarının vaxtında hazırlanıb təqdim edilməsi əsas funksiyalar sırasındadır.
Namizəd debitor və kreditor borclarının uçotunu və təhlilini aparmalı, aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamalı, audit və yoxlamalar üçün tələb olunan sənədləri toplamalı və mühasibat arxivinin nizamlı şəkildə idarə olunmasını təmin etməlidir.