Ana Səhifə
Vakansiyalar

İstehsalat mühəndisi

İstehsalat mühəndisi

Tam Ştat

Orta Səviyyə

1.650 AZN-dən

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 22 may 2026

Təsvir

İş şəraiti

  • İş yeri: Sumqayıt şəhəri

  • İş rejimi: Tam iş günü

Əmək haqqı və üstünlüklər

  • Başlanğıc əmək haqqı: 1650 AZN (gross)

  • Namizədin bilik, təcrübə və iş nəticələrinə əsasən əmək haqqının mərhələli şəkildə artırılması

  • Bonus və əlavə motivasiya mexanizmləri (KPI əsaslı – şirkət siyasətinə uyğun)

  • Nahar təmin olunur

Vəzifə öhdəlikləri

  • İstehsalat proseslərinin gündəlik idarə olunması və nəzarətdə saxlanılması

  • Texnoloji proseslərin analiz edilməsi və optimallaşdırılması üzrə təkliflərin hazırlanması

  • İstehsalat gücünün artırılması və itkilərin minimuma endirilməsi

  • Avadanlıqların fasiləsiz və effektiv işləməsinə nəzarət

  • Planlı profilaktik texniki baxışların təşkilində iştirak

  • İstehsalatda baş verən nasazlıqların səbəblərinin araşdırılması və aradan qaldırılması

  • Keyfiyyət standartlarının (ISO və s.) tətbiqi və qorunması

  • Texniki sənədlərin hazırlanması və yenilənməsi

  • İstehsalat göstəricilərinə dair gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması

  • Təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət

  • Digər şöbələrlə (keyfiyyət, logistika, təchizat və s.) koordinasiyalı işin təşkili

Tələblər

  • Ali təhsil (Mexanika, Kimya və ya Sənaye mühəndisliyi ixtisasları üzrə)

  • İstehsalat sahəsində minimum 1–3 il iş təcrübəsi (daha çox təcrübə üstünlükdür)

  • Texnoloji proseslərin idarə olunması üzrə biliklər

  • Analitik düşünmə və problem həll etmə bacarığı

  • Operativ qərarvermə qabiliyyəti

  • Komanda ilə işləmək və ünsiyyət bacarıqları

  • MS Office proqramlarında (Excel, Word) sərbəst işləmək bacarığı

  • Azərbaycan dilini sərbəst bilmək, rus və ya ingilis dili biliyi üstünlükdür

  • Sumqayıt və ya yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir (vacib şərt)

Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına mövzu hissəsində “İstehsalat mühəndisi” qeyd etməklə göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.dse

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14324

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Laboratoriya müdiri

Tam Ştat

İş şəraiti İş yeri: Sumqayıt İş rejimi: Tam iş günü: Əmək haqqı: 2750 AZN (gross) Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi KPI əsaslı bonus və mükafatlandırma sistemi Nahar təminatı Təlim və inkişaf proqramlarında iştirak imkanı Vəzifənin əsas məqsədi: Laboratoriyanın fəaliyyətini effektiv və dəqiq şəkildə təşkil etmək, beynəlxalq standartlara uyğun keyfiyyətə nəzarət sistemini təmin etmək və aparılan analizlərin etibarlılığını yüksək səviyyədə qorumaq. Əsas vəzifə öhdəlikləri: Laboratoriyanın gündəlik fəaliyyətinin planlaşdırılması, təşkili və idarə olunması Fiziki, kimyəvi və mikrobioloji analizlərin vaxtında və düzgün aparılmasına nəzarət Keyfiyyət idarəetmə sistemlərinin (ISO 9001, ISO 17025 və s.) tətbiqi və davamlı inkişafı Analiz metodlarının validasiya və verifikasiya proseslərinə rəhbərlik Laboratoriya avadanlıqlarının düzgün istifadəsi, kalibrlənməsi və texniki vəziyyətinə nəzarət Yeni texnologiya və metodların tətbiqi ilə bağlı təşəbbüslərin irəli sürülməsi Komanda üzvlərinin iş bölgüsünün təşkil edilməsi və performansının qiymətləndirilməsi İşçi heyət üçün texniki təlimlərin təşkili və bilik səviyyəsinin artırılması Daxili və xarici auditlərin uğurla keçirilməsinin təmin edilməsi Uyğunsuzluqların araşdırılması, səbəblərin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi Əməyin mühafizəsi, təhlükəsizlik və gigiyena qaydalarına riayət olunmasına nəzarət Aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması Digər şöbələrlə (istehsalat, keyfiyyət, təchizat və s.) koordinasiyalı işin qurulması