Laboratoriya müdiri
Tam Ştat
Orta Səviyyə
2.750 AZN-dən
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 22 may 2026
Təsvir
İş şəraiti
İş yeri: Sumqayıt
İş rejimi: Tam iş günü:
Əmək haqqı: 2750 AZN (gross)
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
KPI əsaslı bonus və mükafatlandırma sistemi
Nahar təminatı
Təlim və inkişaf proqramlarında iştirak imkanı
Vəzifənin əsas məqsədi:
Laboratoriyanın fəaliyyətini effektiv və dəqiq şəkildə təşkil etmək, beynəlxalq standartlara uyğun keyfiyyətə nəzarət sistemini təmin etmək və aparılan analizlərin etibarlılığını yüksək səviyyədə qorumaq.
Əsas vəzifə öhdəlikləri:
Laboratoriyanın gündəlik fəaliyyətinin planlaşdırılması, təşkili və idarə olunması
Fiziki, kimyəvi və mikrobioloji analizlərin vaxtında və düzgün aparılmasına nəzarət
Keyfiyyət idarəetmə sistemlərinin (ISO 9001, ISO 17025 və s.) tətbiqi və davamlı inkişafı
Analiz metodlarının validasiya və verifikasiya proseslərinə rəhbərlik
Laboratoriya avadanlıqlarının düzgün istifadəsi, kalibrlənməsi və texniki vəziyyətinə nəzarət
Yeni texnologiya və metodların tətbiqi ilə bağlı təşəbbüslərin irəli sürülməsi
Komanda üzvlərinin iş bölgüsünün təşkil edilməsi və performansının qiymətləndirilməsi
İşçi heyət üçün texniki təlimlərin təşkili və bilik səviyyəsinin artırılması
Daxili və xarici auditlərin uğurla keçirilməsinin təmin edilməsi
Uyğunsuzluqların araşdırılması, səbəblərin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi
Əməyin mühafizəsi, təhlükəsizlik və gigiyena qaydalarına riayət olunmasına nəzarət
Aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması
Digər şöbələrlə (istehsalat, keyfiyyət, təchizat və s.) koordinasiyalı işin qurulması
Tələblər
Kimya, biologiya, kimya mühəndisliyi və ya uyğun sahə üzrə ali təhsil
Laboratoriya sahəsində minimum 3–5 il iş təcrübəsi
Rəhbər vəzifədə təcrübə olması üstünlükdür
ISO standartları və keyfiyyət idarəetmə sistemləri üzrə biliklər
Analitik düşünmə və problem həll etmə bacarığı
Liderlik və komanda idarəetmə bacarıqları
MS Office proqramlarında işləmə bacarığı
Laboratoriya avadanlıqları və analiz metodları üzrə praktiki bilik
Rus və ingilis dillərini işgüzar səviyyədə bilmək
Texniki sənədləşmə və hesabat hazırlama bacarığı
Sumqayıt və ya yaxın ərazilərdə yaşamaq (vacibdir)
Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına “Laboratoriya müdiri” mövzusu ilə göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
ALCO MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14325
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə