Ana Səhifə
Vakansiyalar

İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Mütəxəssis

İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 1 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır;

  • Müvafiq sahə üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir;

  • Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər verir;

  • Şöbənin fəaliyyət istiqamətləri üzrə statistik hesabatlar hazırlayır;

  • Digər təşkilatlardan və struktur bölmələrdən əldə edilən iqtisadi və statistik məlumatların düzgünlüyünü yoxlayır, sistemləşdirir və hesabatlar hazırlayır;

  • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;

  • Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir;

  • Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;

  • Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır.

Tələblər

  • “İqtisadiyyat, Biznes analitikası, Maliyyə, Data analitikası” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun          2 ildən az olmayaraq iş təcrübəsi;

  • Yaş həddi 22-40 aralığı;

  • Microsoft Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilməli, analitik hesabatların və təqdimatların hazırlanması bacarığına malik olmalıdır, SQL və DAX ilə işləmə bacarığı arzuolunandır;

  • Power BI və ya digər Business Intelligence (BI) alətləri ilə işləmə təcrübəsi mütləqdir, məlumatların vizuallaşdırılması və dashboardların hazırlanması bacarığına malik olmalıdır;

  • Azərbaycan dilini səlis, ingilis dili və rus dili arzu olunandı;

  • Fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti;

  • Maliyyə, korporativ maliyyə və ya maliyyə hesabatlarının təhlili sahəsində baza bilikləri arzuolunandır;

  • ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;

  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Mütəxəssis) qeyd edin.

Necə Müraciət Etmək Olar

Azerbaijan Energy Regulatory Agency

Azerbaijan Energy Regulatory Agency

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13560

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Beynəlxalq əlaqələr şöbəsi – Böyük mütəxəssis

Tam Ştat

VƏZİFƏ ÖHDƏLİKLƏRİ: Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi, əməkdaşlıq və təcrübə mübadiləsinin təşkil olunması istiqamətində aparılan tədbirlərin həyata keçirilməsində iştirak edir; Agentliyin xarici təşkilatlarla imzaladığı sənədlərin (anlaşma memorandumları, protokollar və s.) tərtib olunmasında iştirak edir, icrasına nəzarətin və həmin müqavilələr üzrə öhdəliklərin həyata keçirilməsi məqsədilə zəruri tədbirlərin icrasını təmin edir; Agentliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşləri, seminarları, konfransları və digər tədbirləri təşkil edir; Agentliyin strukturunun və fəaliyyətinin təşkili və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanmasında iştirak edir; Beynəlxalq və regional miqyaslı tədbirlərdə (konfrans, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar ziyafətlər və s.) iştirak edir və tədbirlərin nəticələrinə dair hesabatlar hazırlayır Agentliyin nümayəndə heyətinin xarici ölkələrə olan ezamiyyələri ilə bağlı protokol-təşkilati məsələlərin həllini təmin edir; Şöbə müdirinin tapşırığına əsasən aidiyyəti üzrə sənədlərin tərcümə edilməsini təmin edir; Şöbənin iş planının və görülmüş işlər haqqında dövrlər üzrə hesabatların hazırlanmasında iştirak edir; Şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılmasını təmin edir; Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır; Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir. TƏLƏBLƏR: Ali təhsil- Beynəlxalq münasibətlər, regionşünaslıq, beynəlxalq hüquq, müvafiq dillər üzrə filoloji və tərcümə ixtisası istiqaməti üzrə Beynəlxalq sahə üzrə ən azı 3 il iş təcrübəsi; Microsoft Office üzrə biliklər – yüksək səviyyədə; İnternet araşdırma sistemləri – yaxşı səviyyədə; İngilis dili – yüksək səviyyədə; Rus dili – üstünlük verilir. DİGƏR: Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma; İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84. Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Beynəlxalq əlaqələr şöbəsi – Böyük mütəxəssis) qeyd edin.

Regionlar üzrə - Enerji Müfəttişi

Tam Ştat

Vəzifə öhdəlikləri: İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir; Etibarnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir; Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir; Filialın fəaliyyətinin təşkili ilə əlaqədar daxili tapşırıqları icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir; Sahibkarlıq sahəsində və dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə yoxlamaların (nəzarət tədbirlərinin) aparılmasını həyata keçirir və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir; Enerji sahəsində istehsalçılar, təchizatçılar, ötürücülər və paylayıcılar arasında mübahisələrə, habelə istehlakçıların şikayətlərinə baxılmasını həyata keçirir; İstehlak olunan elektrik enerjisinə görə hesablaşmaların müvafiq sayğaclar vasitəsilə aparılmasına nəzarəti həyata keçirir; Dövlət müəssisələrində elektrik enerjisindən istifadə üzrə istehlak limitlərinə əməl olunmasına nəzarəti həyata keçirir; Enerji sistemində elektrik enerjisi və güc çatışmazlığı ilə əlaqədar enerji istehsalı və sistem operatorlarının tətbiq etdikləri məhdudiyyət və birbaşa açılma qrafiklərinin düzgün tərtib olunmasına və yerinə yetirilməsinə nəzarəti həyata keçirir; Enerji istehsalı və sistem operatorlarında elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması proseslərinin idarə edilməsinə, mərkəzi və yerli idarəetmə səviyyəsində dispetçer xidmətlərinin işinin mövcud qaydalara, təlimatlara və digər hüquqi aktların tələblərinə uyğun təşkil olunmasına nəzarəti həyata keçirir; Elektrik şəbəkələrində, habelə enerji verilməsində qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qeydiyyatını aparmaq, onların baş vermə səbəblərinin araşdırılmasında iştirak etmək, eləcə də belə hadisələrin və halların qarşısının alınması üçün təşkilati-texniki tədbirlər hazırlamaq və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir; Filialın fəaliyyət ərazisində 200 kVt-danyuxarı elektrik qurğuları üçün istismara buraxılış aktının verilməsi ilə bağlıtikinti obyektlərinin elektrik qurğularına baxış keçirir və nəticələrini aktla rəsmiləşdirir; Müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin və onların tabeliyindəki qurumların elektrotexniki heyətinin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin, onların müavinlərinin, həmçinin elektrik qurğularına nəzarət vəzifəsi həvalə edilmiş əməyin mühafizəsi üzrə mütəxəssislərin peşə biliklərinin yoxlanılmasında iştirak edir və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir; Müvafiq sahədə baş vermiş enerji istehsalı və sistem operatorunun sabit işləməsinə və enerji təchizatına təhlükə yaradan qəzaların araşdırılmasında iştirak edir; “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın elektrik enerjisinəaid hissələrinin tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir; Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir; Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir; İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır; Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir; İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və nəticələrini rəsmiləşdirir; Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir; Öz fəaliyyəti barədə Filialın rəisinə hesabat verir; Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir; Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.