Şirkətlərə Qayıt
Azerbaijan Energy Regulatory Agency

Azerbaijan Energy Regulatory Agency

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

Azerbaijan Energy Regulatory Agency

Təminat şöbəsi – Böyük mütəxəssis

Azerbaijan Energy Regulatory Agency

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün şöbəyə razılaşdırma üçün daxil olan sənədlərə viza verir; Vəkalətnamə və ya etibarnamə əsasında Agentliyi üçüncü şəxslər qarşısında təmsil edir; Şöbənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir; Şöbənin fəaliyyət istiqamətlərinə dair daxili qayda, təlimat, reqlament və s. hazırlanmasını yerinə yetirir; Şöbənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən şöbənin əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir; Şöbənin Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir; Öz fəaliyyətində qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görür; İş bölgüsü üzrə şöbənin fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır; Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir; İş bölgüsü üzrə Agentlikdə xərclər smetasının tərtibi ilə bağlı şöbənin üzərinə düşən funksiyaları yerinə yetirir; İş bölgüsü üzrə İlkin və İllik satınalma planlarını hazırlayıb dövlət satınalmalarının vahid internet portalında yerləşdirir; İş bölgüsü üzrə Agentliyə malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirir; İş bölgüsü üzrə Agentlikdə bağlanmış satınalma müqavilələrini hazırlayır və bağlanmış satınalma müqavilələrinin icrasına nəzarət edir; İş bölgüsü üzrə Agentlikdə keçirilmiş dövlət satınalmaları barədə hesabatlar hazırlayır; Şöbənin fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir; Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir; Əmək müqaviləsində və şöbənin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

Razılaşma yolu ilə

Bakı

Son Tarix: 5 fevral 2026

Azerbaijan Energy Regulatory Agency

İnsan resursları şöbəsi – Mütəxəssis

Azerbaijan Energy Regulatory Agency

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Şöbənin Əsasnaməsinə əsasən müəyyən edilmiş vəzifələrin icrasını həyata keçirir; Əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Agentliyin kadr məsələlərinin rəsmiləşdirilməsini, o cümlədən vəzifəyə təyin, azad edilmə, bir iş yerindən başqasına keçirilmə, vəzifə artımı və s. üzrə aidiyyəti işləri yerinə yetirir; Şöbədə kargüzarlıq işlərini qanunvericiliyə uyğun aparır, işçilərin şəxsi işlərini formalaşdırır və aparır; İnsan resurslarının idarə edilməsi ilə bağlı normativ sənədlərin hazırlanmasında iştirak edir; Kadrların seçilməsi və düzgün yerləşdirilməsini təmin edir; Kadr axınını təhlil edir və tələbə uyğun potensial ehtiyat işçi bazası üçün məlumatları təqdim edir; Yeni əməkdaşlar üçün adaptasiya tədbirlərini həyata keçirir; Daxili intizam qaydalarına əməl edilməsinə nəzarət edir; Agentlikdə işçilərin əmək fəaliyyətinin və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir, tələb edilən materialları hazırlayır, qiymətləndirmə   işinin təşkilində iştirak edir; Agentliyin fəaliyyət sahələrinə uyğun mütəxəssislərin inkişaf etdirilməsi və təlimi proqramları, işçilərin mükafatlandırılması və motivasiya tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir; İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir; Kadrlar üzrə hesabatları, iş vaxtının uçotu tabellərini tərtib edir; Agentliyin kadrlar üzrə aidiyyəti əmr və göstərişlərinin layihələrini əmək qanunvericiliyinə uyğun tərtib edir; Agentliyin insan resurslarının informasiya sisteminə (1С və s.) və elektron hökumət portalına kadr məlumatlarını, o cümlədən əmək müqavilələrinin rəsmiləşdirilməsi, uzadılması, onlara əlavə və dəyişikliklərin edilməsi, xitamı, işçilərin yerdəyişməsi və hərəkəti barədə məlumatları daxil edir, vaxtı-vaxtında qeydiyyatını aparır, sistemdən lazımi çıxarışların uçotunun aparılmasını və arxivləşdirilməsini həyata keçirir; Şöbənin qarşısına qoyulan vəzifələri yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədlərin alınması üçün müraciət edir; Şöbəyə daxil olan ərizə, müraciət, təklif və şikayətlərin araşdırılması və cavablandırılması işində iştirak edir; İşçilərin performans göstəricilərinin ölçülməsi və qiymətləndirilməsində prosesində iştirak edir; Şöbə müdiri tərəfindən verilən tapşırıq və vəzifələri icra edir; Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır; Şöbənin Əsasnaməsi ilə üzərinə düşən vəzifələrin icrası məqsədi ilə qanunvericiliklə qadağan edilməyən digər zəruri işləri yerinə yetirir.

Razılaşma yolu ilə

Son Tarix: 5 fevral 2026