Beynəlxalq əlaqələr şöbəsi – Böyük mütəxəssis
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 9 may 2026
Təsvir
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi, əməkdaşlıq və təcrübə mübadiləsinin təşkil olunması istiqamətində aparılan tədbirlərin həyata keçirilməsində iştirak edir;
Agentliyin xarici təşkilatlarla imzaladığı sənədlərin (anlaşma memorandumları, protokollar və s.) tərtib olunmasında iştirak edir, icrasına nəzarətin və həmin müqavilələr üzrə öhdəliklərin həyata keçirilməsi məqsədilə zəruri tədbirlərin icrasını təmin edir;
Agentliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşləri, seminarları, konfransları və digər tədbirləri təşkil edir;
Agentliyin strukturunun və fəaliyyətinin təşkili və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanmasında iştirak edir;
Beynəlxalq və regional miqyaslı tədbirlərdə (konfrans, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar ziyafətlər və s.) iştirak edir və tədbirlərin nəticələrinə dair hesabatlar hazırlayır
Agentliyin nümayəndə heyətinin xarici ölkələrə olan ezamiyyələri ilə bağlı protokol-təşkilati məsələlərin həllini təmin edir;
Şöbə müdirinin tapşırığına əsasən aidiyyəti üzrə sənədlərin tərcümə edilməsini təmin edir;
Şöbənin iş planının və görülmüş işlər haqqında dövrlər üzrə hesabatların hazırlanmasında iştirak edir;
Şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
TƏLƏBLƏR:
Ali təhsil- Beynəlxalq münasibətlər, regionşünaslıq, beynəlxalq hüquq, müvafiq dillər üzrə filoloji və tərcümə ixtisası istiqaməti üzrə
Beynəlxalq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
Microsoft Office üzrə biliklər – yüksək səviyyədə;
İnternet araşdırma sistemləri – yaxşı səviyyədə;
İngilis dili – yüksək səviyyədə;
Rus dili – üstünlük verilir.
DİGƏR:
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Beynəlxalq əlaqələr şöbəsi – Böyük mütəxəssis) qeyd edin.
Necə Müraciət Etmək Olar
Azerbaijan Energy Regulatory Agency
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13559
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer