Ana Səhifə
Vakansiyalar

Regionlar üzrə - Enerji Müfəttişi

Regionlar üzrə - Enerji Müfəttişi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 31 mart 2026

Son Tarix: 1 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir;

  • Etibarnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;

  • Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;

  • Filialın fəaliyyətinin təşkili ilə əlaqədar daxili tapşırıqları icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;

  • Sahibkarlıq sahəsində və dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə yoxlamaların (nəzarət tədbirlərinin) aparılmasını həyata keçirir və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;

  • Enerji sahəsində istehsalçılar, təchizatçılar, ötürücülər və paylayıcılar arasında mübahisələrə, habelə istehlakçıların şikayətlərinə baxılmasını həyata keçirir;

  • İstehlak olunan elektrik enerjisinə görə hesablaşmaların müvafiq sayğaclar vasitəsilə aparılmasına nəzarəti həyata keçirir;

  • Dövlət müəssisələrində elektrik enerjisindən istifadə üzrə istehlak limitlərinə əməl olunmasına nəzarəti həyata keçirir;

  • Enerji sistemində elektrik enerjisi və güc çatışmazlığı ilə əlaqədar enerji istehsalı və sistem operatorlarının tətbiq etdikləri məhdudiyyət və birbaşa açılma qrafiklərinin düzgün tərtib olunmasına və yerinə yetirilməsinə nəzarəti həyata keçirir;

  • Enerji istehsalı və sistem operatorlarında elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması proseslərinin idarə edilməsinə, mərkəzi və yerli idarəetmə səviyyəsində dispetçer xidmətlərinin işinin mövcud qaydalara, təlimatlara və digər hüquqi aktların tələblərinə uyğun təşkil olunmasına nəzarəti həyata keçirir;

  • Elektrik şəbəkələrində, habelə enerji verilməsində qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qeydiyyatını aparmaq, onların baş vermə səbəblərinin araşdırılmasında iştirak etmək, eləcə də belə hadisələrin və halların qarşısının alınması üçün təşkilati-texniki tədbirlər hazırlamaq və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir;

  • Filialın fəaliyyət ərazisində 200 kVt-danyuxarı elektrik qurğuları üçün istismara buraxılış aktının verilməsi ilə bağlıtikinti obyektlərinin elektrik qurğularına baxış keçirir və nəticələrini aktla rəsmiləşdirir;

  • Müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin və onların tabeliyindəki qurumların elektrotexniki heyətinin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin, onların müavinlərinin, həmçinin elektrik qurğularına nəzarət vəzifəsi həvalə edilmiş əməyin mühafizəsi üzrə mütəxəssislərin peşə biliklərinin yoxlanılmasında iştirak edir və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;

  • Müvafiq sahədə baş vermiş enerji istehsalı və sistem operatorunun sabit işləməsinə və enerji təchizatına təhlükə yaradan qəzaların araşdırılmasında iştirak edir;

  • “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın elektrik enerjisinəaid hissələrinin tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir;

  • Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;

  • Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;

  • İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;

  • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;

  • İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və nəticələrini rəsmiləşdirir;

  • Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;

  • Öz fəaliyyəti barədə Filialın rəisinə hesabat verir;

  • Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;

  • Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

Tələblər

  • Energetika, elektroenergetika, istilik energetikası, elektrotexnika və elektromexanika, yüksək gərginlik texnikası və fizikası, elektrotexnologiya ixtisas istiqamətləri üzrə ali təhsil;

  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;

  • Yaş həddi 25-45 aralığı;

  • Agentliyin region filiallarına rotatsiyaya açıq olmalı;

  • Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;

  • Rus dilini bilməsi arzu olunandır;

  • Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;

  • İş yeri: Regionlar üzrə

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərinigöstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Enerji müfəttişi) qeyd edin.

Necə Müraciət Etmək Olar

Azerbaijan Energy Regulatory Agency

Azerbaijan Energy Regulatory Agency

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12195

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

İqtisadi təhlil, tarif və statistika şöbəsi, Tarif sektoru–Aparıcı mütəxəssis

Tam Ştat

VƏZİFƏ ÖHDƏLİKLƏRİ: Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır; Müvafiq sahə üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir; Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər verir; Enerji sahəsində tarif siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır; Agentliyin Aparatının struktur bölmələri ilə birlikdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, enerji tənzimləmə xidmətləri üzrə tarif siyasətinin dünya təcrübəsi və ölkənin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak edir; Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir; Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir; Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir; Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır. TƏLƏBLƏR: “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun 3 ildən az olmayaraq iş təcrübəsi; Yaş həddi 25-40 aralığı; Microsoft Office proqramı üzrə hesabatları, maliyyə modellərini və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır; Azərbaycan dilini səlis, ingilis dili  yüksək səviyyədə bilməli və rus dili arzu olunandır; Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti; İFRS və Korporativ Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır; ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır. DİGƏR: Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma; İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84. Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil, tarif və statistika şöbəsi, Tarif sektoru–Aparıcı mütəxəssis) qeyd edin.