İnzibati işlər üzrə elektrik

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 fevral 2026

Son Tarix: 15 mart 2026

Təsvir

  • Elektrik infrastrukturunu və elektrik sayğacına nəzarətdə saxlaması,

  • Daxili elektrik təchizat sistemlərinin quraşdırılması, istismarı, təmiri və diaqnostikasını həyata keçirməsi,

  • Agentliyin balansında olan ərazilərdə  işıqlandırmanın və elektrik şəbəkəsinin işlək vəziyyətdə olmasına gündəlik nəzarət etməsi və yaranmış nasazlıqları aradan qaldırmaq üçün tədbirlər planı hazırlaması,

  • Havalandırma və kondensioner sistemlərinə nəzarət etməsi və yaranmış problemləri aradan qaldırmaq üçün müvafiq tədbirlər görməsi,

  • Ümumi elektrik şəbəkəsində yanğın təhlükəsizliyi və görülən bütün işlər zamanı təhlükəsizlik qaydalarına riayət etməsi,

  • Elektriklə işləyən avadanlıqlara nəzarət, onların daim saz vəziyyətdə olmasının təmini və ehtiyac olduğu təqdirdə onları təmirini  həyata keçirməsi,

  • Generatorun daim saz vəziyyətdə olmasına nəzarət etməsi və prosedura uyğun olaraq generatorun test rejimində işlə salınması, həmçinin yanacaq səviyyəsinin qorunmasını təmin etməsi,

  • Anbarda ehtiyyat elektrik mallarının olmasına nəzarət etməsi və ehtiyac olduğu təqdirdə sifariş olunmasını üçün tədbirləri həyata keçirməsi,

  • Liftlərin və turniketlərin təhlükəsiz işləməsinə nəzarət etməsi prosedura uyğun təmir işlərin görülməsini və aylıq texniki baxışın həyata keçirilməsini təşkil edilməsi,

  • Bölmənin fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirməsi.

Tələblər

  • Müvafiq sahədə minimum orta ixtisas dərəcəsi, ali təhsili olan namizədlərə üstünlük verilir,

  • Müvafiq sahə üzrə ən azı 3 il iş stajı,

  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma vərdişləri.

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#7309

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Məhsul sahibi (Product Owner)

Tam Ştat

Məhsulun vizyonunun və dəyər təklifinin formalaşdırılması, strategiyasının təşkilatın ümumi hədəfləri ilə uyğunlaşdırılmasının təmin edilməsi və nəticələrə görə başlanğıcdan sona qədər məsuliyyətin daşınması; Maraqlı tərəflər, komanda və e-hökumət ekosistemi ilə davamlı əməkdaşlığın qurulması, vətəndaş-mərkəzli və həll-yönümlü yanaşmanın təmin edilməsi; Dizayn və inkişaf prosesində istifadəçi-mərkəzli yanaşmanın tətbiq edilməsi, istifadəçi araşdırmalarının və istifadə rahatlığı testlərinin təşkili, qərarların məlumat və nəticələrə əsaslandırılmasının təmin edilməsi; Biznes tələblərinin istifadəçi hekayələrinə və qəbul meyarlarına çevrilməsi, backlog-un prioritetləşdirilməsi və buraxılış planlamasının həyata keçirilməsi; Məhsulun rəqəmsal strategiyalara, normativ aktlara və daxili qaydalara uyğunluğunun təmin edilməsi, milli rəqəmsal strategiyalar və e-hökumət çərçivələri üzrə biliklərin tətbiq edilməsi; Dəyərin maksimumlaşdırılması məqsədilə həcm və ardıcıllıq balansının qurulması, zəruri kompromis qərarlarının qəbul edilməsi; Çoxfunksiyalı komandaların cəlb olunduğu mürəkkəb təşəbbüslərin idarə edilməsi, liderlik və əməkdaşlıq mühitinin formalaşdırılması, qeyri-müəyyən şəraitdə struktur və inam mühitinin yaradılması; Yenilikçi və analitik düşüncə tərzinin tətbiq edilməsi, dəyişikliklərin təşviq edilməsi, empatik və daxili motivasiyaya əsaslanan yanaşmanın nümayiş etdirilməsi.