Məhsul sahibi (Product Owner)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 2 aprel 2026
Təsvir
Məhsulun vizyonunun və dəyər təklifinin formalaşdırılması, strategiyasının təşkilatın ümumi hədəfləri ilə uyğunlaşdırılmasının təmin edilməsi və nəticələrə görə başlanğıcdan sona qədər məsuliyyətin daşınması;
Maraqlı tərəflər, komanda və e-hökumət ekosistemi ilə davamlı əməkdaşlığın qurulması, vətəndaş-mərkəzli və həll-yönümlü yanaşmanın təmin edilməsi;
Dizayn və inkişaf prosesində istifadəçi-mərkəzli yanaşmanın tətbiq edilməsi, istifadəçi araşdırmalarının və istifadə rahatlığı testlərinin təşkili, qərarların məlumat və nəticələrə əsaslandırılmasının təmin edilməsi;
Biznes tələblərinin istifadəçi hekayələrinə və qəbul meyarlarına çevrilməsi, backlog-un prioritetləşdirilməsi və buraxılış planlamasının həyata keçirilməsi;
Məhsulun rəqəmsal strategiyalara, normativ aktlara və daxili qaydalara uyğunluğunun təmin edilməsi, milli rəqəmsal strategiyalar və e-hökumət çərçivələri üzrə biliklərin tətbiq edilməsi;
Dəyərin maksimumlaşdırılması məqsədilə həcm və ardıcıllıq balansının qurulması, zəruri kompromis qərarlarının qəbul edilməsi;
Çoxfunksiyalı komandaların cəlb olunduğu mürəkkəb təşəbbüslərin idarə edilməsi, liderlik və əməkdaşlıq mühitinin formalaşdırılması, qeyri-müəyyən şəraitdə struktur və inam mühitinin yaradılması;
Yenilikçi və analitik düşüncə tərzinin tətbiq edilməsi, dəyişikliklərin təşviq edilməsi, empatik və daxili motivasiyaya əsaslanan yanaşmanın nümayiş etdirilməsi.
Tələblər
Ali təhsil;
1–2 il məhsul inkişafı üzrə təcrübə (dövlət, biznes, xidmət, e-ticarət, opensource);
Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də qanun, fərman və sərəncamlar anlayışına malik olmaq;
G2C/G2G/G2B məhsullarının idarə edilməsində təcrübəyə malik olmaq;
Daha kiçik və ya daha az mürəkkəb məhsullar və ya funksionallıqlar üzərində işləmək;
Texniki həlləri qavramaq və qiymətləndirmək bacarığına malik olmaq, müasir veb arxitektura anlayışlarını başa düşmək (məsələn, mikroservislər, API və s.);
Effektiv kommunikasiya qurmaq qabiliyyətinə sahib olmaq;
Məhsul backlog-una sahib çıxmaq və funksionallıqları təsir və mümkünlük əsasında prioritetləşdirmək;
Stakeholder idarəçiliyi və ünsiyyət bacarıqları;
Komandada işləmə və komandanı idarəetmə bacarığı;
Problem həll etmə və dəyişiklikləri idarəetmə bacarığı;
Sistem analizi, Re-design və PRD sənədlərini hazırlama bacarığı;
Agile və ya Design thinking üzrə təcrübəyə və biliklərə malik olmaq;
Jira, Confluence və Figma kimi alətlərdən istifadə təcrübəsi.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10274
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200